Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

BMU-da konfrans keçirilir

BMU-da konfrans keçirilir

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuș “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı III beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

tehsilmedia.info xəbər verir ki, tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov qonaqları universitet rəhbərliyi adından salamlayıb. Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə təsadüf edən konfransın Azərbaycan dövlətinin suverenliyinin tam bərpasının reallaşdığı bir vaxtda keçirildiyini önə çəkən prorektor bu tarixi gerçəkliyin tədbirin mövzusunun, müzakirə olunacaq məsələlərin əhəmiyyətini bir qədər də artırdığını vurğulayıb. Prorektor çıxışında Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən prosesləri xatırladıb və Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə əsaslı dönüşün yarandığını, ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğunu bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəm iqtisadi zəminə əsaslanan uğurlu iqtisadi siyasətin həyata keçirildiyini deyən prorektor vurğulayıb ki, bu siyasətin diqqət mərkəzində təkcə daxili bazarda deyil, həm də beynəlxalq arenada ölkənin rəqabət üstünlüyünü təmin edən strateji qərarlar durur.

Ağası Məlikov hazırda Böyük Qayıdış konsepsiyasının ilk mərhələsinin gerçəkləşməsinin mühüm hadisə olduğunu, azadlığa qovuşmuş torpaqlarda quruculuq və inkişaf dövrünün başlandığını qeyd edib. Bildirib ki, bu dövrdə elm adamlarının qarşısında duran əsas məsələ yeni çağırışlara uyğun elmi tədqiqatlar aparmaq, müzakirələr təşkil etmək və ölkənin inkişafına öz bilik və bacarıqları ilə elmi yöndən dəstək verməkdən ibarətdir. Bügünkü tədbirin məhz bu amala xidmət etdiyini söyləyən prorektor konfransa ABŞ, İtaliya, Portuqaliya, Rumıniya, Ukrayna, Cənubi Koreya, Türkiyə və Azərbaycandan ümumilikdə 130-a yaxın məqalənin göndərildiyini nəzərə çatdırıb. Onlardan 93-ü elmi heyət tərəfindən qəbul olunub və konfransın proqramına daxil edilib. Konfrasda Azərbaycanın 18 fərqli ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən məruzələr təqdim ediləcəyini söyləyən prorektor bunu konfransa böyük marağın göstəricisi kimi qiymətləndirib, tədbirin işinə uğurlar arzulayıb.

Sonra İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov çıxış edərək konfransın aktual mövzuya həsr olunduğunu deyib və bu gün bəşəriyyəti düşündürən müxtəlif risklərdən danışıb. Şöbə müdiri qlobal müstəvidə baş vermiş risklərin Azərbaycan iqtisadiyyatına neqativ təsirlərinin neytrallaşdırılması, tənzimlənməsi ilə bağlı görülən uğurlu tədbirlərə, doqquz aylıq nəticələrə əsasən müsbət iqtisadi artım tempinin qorunub saxlanmasına diqqət çəkib. Müsbət iqtisadi artım və iqtisadi aktivliyin qorunması üçün vacib şərtlərdən birinin ölkənin orta və uzunmüddətli dövrdə baxışının formalaşdırılması olduğunu deyən nazirlik rəsmisi 2030-cu ilə qədər dövrü əhatə edən beş milli prioritetdən, onların əsas istiqamətlərindən ətraflı söz açıb. Bu baxımdan Azərbaycanın yaşıl enerji məkanına çevrilməklə bağlı kifayət qədər ciddi hədəflərin götürüldüyünü, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Qarabağın enerji zonası elan olunduğunu xüsusi vurğulayıb, əsas hədəflərə toxunub.

Çıxışında dayanıqlı inkişafın təmin olunması üçün qarşıda duran vəzifələri nəzərə çatdıran Hüseyn Hüseynov iqtisadi, sosial və ətraf mühit məsələlərinə vahid baxışın formalaşdırılmasının və onların bir-biri ilə sinxron şəkildə irəliləməsinin vacibliyini bildirib. O, konfransda buna dair məsələlərin geniş müzakirə olunacağına, dayanıqlı inkişafın həm iqtisadi, həm sosial, həm də ekoloji aspektlərinin diqqətdə saxlanalacağına, eyni zamanda karbon vergisi və karbon vahidlərinin ölkə iqtisadiyyatlarına təsiri ilə bağlı aktual məsələlərə dair elmi ictimaiyyət tərəfindən təkliflər səslənəcəyinə ümid etdiyini deyib.

Sonra plenar iclasda BMU-nun dosenti Elçin Süleymanovun “Azərbaycanda dünya səviyyəli universitet quruculuğunun ali təhsildə rəqabətqabiliyyətliliyə təsiri”, Taras Şevçenko adına Kiyev Milli Universitetinin tədqiqatçısı Olqa Matiuşynanın “İqlim dəyişikliyí ilə mübarizə üzrə dövlətlərin əməkdaşlığının hüquqi tənzimlənməsi”, UNEC-in Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri Xətai Alıyevin “Azərbaycanda universitet-dövlət-sənaye əlaqələrinə institutsional baxış: Nəyi necə etməli?” mövzularında məruzələri dinlənilib.

Ardınca plenar iclasda çıxış edənlərə sertifikatlar təqdim olunub.

Fasilədən sonra konfrans öz işini ayrı-ayrı seksiyalarda davam etdirib.

BMU-da konfrans keçirilir

BMU-da konfrans keçirilir

BMU-da konfrans keçirilir

Oxşar xəbərlər

Bütün xəbərlər