Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Təhsil adına növbəti biyabırçılıq: Gələcəyimizi təhlükəyə atan bu ləkələri kim təmizləyəcək? - FOTOLAR

Təhsil adına növbəti biyabırçılıq: Gələcəyimizi təhlükəyə atan bu ləkələri kim təmizləyəcək? - FOTOLAR

Azərbaycanda, bəlkə də, ən çox nöqsanların və neqativlərin tüğyan etdiyi sahə təhsil sektorudur. Bu qənaətə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Demək olar ki, hər gün təhsil müəssisələrində baş verən neqativ hadisələr haqda məlumat alırıq. Gah müəllim şagirdi, gah şagird müəllimini, gah da direktor öz pedaqoji kollektivinin üzvünü döyür. Yaxud da təhsil sektoruna xələl gətirən digər xoşagəlməz hadisələr baş verir. Bütün bunlardan isə həm müəllimlər, həm şagirdlər, həm də valideynlər əziyyət çəkir. Nəticə isə daha acınacaqlıdır. Gələcək nəslin formalaşmasında müstəsna rol oynayan təhsil sektoru baş verənlər səbəbindən gələcəyimizi böyük sual altında qoyur.

tehsilmedia.info xəbər verir ki, müəllim adına yaraşmayan və təhsilimizin bərbad vəziyyətdə olmasını sübuta yetirən növbəti hadisə Samux rayonunda baş verib. Belə ki, rayonun Qarayeri qəsəbəsinin 2 nömrəli tam orta məktəbində müəllimlə direktor arasında insidentin baş verməsi sözün əsl mənasında gündəmdə bomba effekti yaradıb. Təsəvvür edin, 48 yaşlı ibtidai sinif müəllimi özündən yaşca kiçik, vəzifə baxımından isə böyük olan direktor tərəfindən döyülüb. Bu hadisəni təhsil adına rəzalətdən başqa cür dəyərləndirmək mümkün deyil. Bir təhsil ocağında pedaqoqlar bir-birinə əl qaldırırsa, deməli o məktəbdə təhsil adına heçbir şeydən danışmaq olmaz. Burada "təhsil alan" şagirdlər isə öz pedaqoqlarına baxaraq yalnız qeyri-etik davranışlar mənimsəyə bilərlər.

Təhsil adına növbəti biyabırçılıq: Gələcəyimizi təhlükəyə atan bu ləkələri kim təmizləyəcək? - FOTOLAR

Qeyd edək ki, sözügedən məktəbin direktoru Şahin Məmmədov əvvəllər Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Amma görünür, heç bir normal məsləhət verə bilmədiyi üçün onu vəzifəsindən qovublar. Qovmaq deməklə Şahin Məmmədovu aşağılamaq kimi bir fikrimiz yoxdur. Həqiqətən də Şahin Məmmədov işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsindən uzaqlaşdırılıb. Yəni 17 iyul 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə onun dövlət qulluğuna xitam verilib.

Təəssüflər olsun ki, bir nazirlikdə uğur qazana bilməyən və yalnız nöqsanlarla yadda qalan Şahin Məmmədovu digər bir nazirlik, yəni Elm və Təhsil Nazirliyi işlə təmin edib. Özüdə onu gələcəyimizin formalaşdığı təhsil müəssisələrindən birinə direktor vəzifəsinə təyin ediblər. Məmmədovun hansı yollarla bu vəzifəyə təyin olunduğunu təsəvvür etmək heç də çətin deyil. Amma hər şeyə rəğmən ümid edirik ki, ibtidai sinif müəlliməsinin döyülməsi faktı ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırılma aparılacaq və günahkar cəzalandırılacaq. Hərçənd buna yalnız ümid edə bilərik. Çünki məlumata görə, məktəbinin direktoru Şahin Məmmədovun bacısı Ramina Məmmədova Göygöl rayon üzrə təhsil sektorunda ictimaiyyətlə əlaqələr şöbəsinin məsul səxsidir. Məsul şəxsin qardaşının əməlini yəqin ki, heç kim araşdırmaq istəməyəcək. Belə məqamda ümid qalır Elm və Təhsil Nazirliyinə, ya da Daxili İşlər Nazirliyinə. Təbii ki, hüquq mühafizə orqanları döyülən müəllimin verdiyi şikayəti araşdıraraq lazımı ölçü götürəcəklər. Necə deyərlər, ölkədə şah qanun deyil, qanun şahdır. Odur ki, Şahin Məmmədov kimi şəxslər təhsil sektorundan nə qəıdər tez təmizlənsələr, bir o qədər yaxşı olar.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər