Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

ADU-da “Azərbaycanın məşhur frankafonları” adlı dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə "Azərbaycanın məşhur frankafonları” adlı dəyirmi masa keçirilib.

ADU-dan "tehsilmedia.info"a bildirilib ki, tədbirdə ölkəmizdə fransız dilinin tədrisi və yayılmasında əhəmiyyətli rolu olan Azərbaycanın 3 məşhur fransızdilli mütəxəssisi Əhməd bəy Ağaoğlu, dosent Mina xanım Quliyeva və prof. Novruz Məmmədovun həyat və yaradıcılığından  maraqlı faktlar təqdim olunub, müzakirələr aparılıb.

Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və eyni zamanda Şuşa real məktəbinin ilk fransız dili müəllimi vəzifəsində çalışıb.

Dəyirmi masada alimin həyat və yaradıcılığını  əks etdirən maraqlı slaydlar nümayiş etdirilib.

Professor Çəmən Babaxanova, kafedranın baş müəllimləri Rafiq Mikayılov və Rəfiqə Mürşüdova fransız dilinin tədqiqində və tədrisində yüksək metodiki bacarıqlara sahib olan, milli fransız dili dərsliklərinin və fransızca-Azərbaycanca ilk lüğətin müəllifi, pedaqogika elmləri namizədi Mina xanım Quliyeva haqqında xatirələrini bölüşüblər.

Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimova məşhur frankofonlarımızdan biri olan Azərbaycan Respublikasının doqquzuncu baş naziri, ictimai-siyasi xadim, birinci dərəcəli dövlət müşaviri və hazırda Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru professor Novruz Məmmədovun həyat və yaradıcılığı, onun fransız dilindən Azərbaycan dilinə tərcümə etdiyi kitablar haqqında ətraflı məlumat verib.

Masada həmçinin "Caniyə Qonqur mükafatı” adlı əsərin tərcüməsi ilə əlaqədar bədii təhlil  iştirakçılara təqdim edilib.

Fransız dili leksikologiyası və üslubiyyatı kafedrası dəyirmi masanın aktiv iştirakçılarına- Maqistratura şöbəsinin II kurs tələbəsi Ayşən Abdullayeva, Təhsil-2 fakültəsinin tələbələri Lamiyə Hacıyeva, Sevinc Şabanova, Cəmilə Dadaşova, Məryam Müfidzadə, Nəzrin Əlizadə , Sevda Cəbrayılova, Fidana Nəbiyeva və Fatimə Namazovaya təşəkkürünü bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər