Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

PROBLEM: “Elm sahəsində sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik”

PROBLEM: “Elm sahəsində sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik”

“Bu gün Azərbaycan elm və təhsil sahəsində SSRİ-dən qalan ənənələri davam etdirən yeganə ölkədir”.

tehsilmedia.info xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov AZEdu.az-a açıqlasında bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan isə SSRİ-nin yeganə varisi olaraq qalır: “Gürcüstanda müstəqillikdən sonra uzun müddət “elmlər namizədi”, “elmlər doktoru” elmi dərəcələri və “dosent”, “professor” elmi adları verilmiş və elmi dərəcələrin və adların verilməsi mərkəzləşdirilmiş qaydada Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilmişdir. Lakin 2004-cü ildən sonra Gürcüstan bu modeldən tamamilə imtina edərək, Anqlo-sakson modelinə, daha dəqiq desək, ABŞ modelinə keçmişdir. Gürcüstanda bu istiqamətdə aparılan islahatlar, ilk növbədə, elmi dərəcə və elmi adlarla bağlı olmuşdur. Belə ki, “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri ləğv edilmiş və ölkədə vahid elmi dərəcə – “doktor” (PhD) – müəyyən edilmişdir. Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da elmi dərəcələri “doktor” ilə əvəz edilmişdir. Əvvəlki elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılmış və yeni sistemdə “assisent”, “assisent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) müəyyən edilmişdir. Bunlarla yanaşı, fəxri elmi adlar olan “fəxri doktor” və “emeritus”un da verilməsi nəzərdə tutulmuşdur”.

K.Əsədov bildirib ki, elm sahəsində zamandan çox geridə qalmışıq, sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik: “Hazırda Avropada və inkişaf etmiş ölkələrdə iki doktorluq sistemi yoxdur: Yalnız fəlsəfə doktoru var, bunu “PhD” kimi qeyd edirlər. “Fəlsəfə doktoru” elmi dərəcəsinin sahibi yalnız filosof deyil, həm də müxtəlif elm sahələrinin nümayəndələri – riyaziyyatçı (fizik, bioloq, kimyaçı, hüquqşünas, ədəbiyyatçı, dilçi və s.) ola bilər. Avropada dosent və professor adına iddia edənlər təbii ki, imtahan verməlidir. İmtahan isə Elm və Təhsil Nazirliyi ilə birgə keçirilir. Dəyişən dünyanın reallıqlarını tam başa düşməyənlər Azərbaycanda elmi adların verilməsində SSRİ-nin “qızıl qayda”larını yaşatmaqda davam edirlər. Ancaq bu sahədə vəziyyət belə qala bilməz, qalmamalıdır. Çox arzuolunandır ki, ölkə rəhbərliyi səviyyəsində bu məsələyə müdaxilə edilsin və “elmlər doktoru” kimi lazımsız bir əlavə aradan qaldırılsın, elmin gəncləşməsinə dəstək verilsin. Azərbaycanda elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. Burada yalnız istək rol oynayır. Elmi dərəcə alanlar isə elmə heç bir yenilik gətirmir”.

Oxşar xəbərlər

Bütün xəbərlər