Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün təlim...

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün təlim...

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müsahibə mərhələsi yekunlaşıb, qeydiyyatdan keçmiş 3190 namizəddən 2060 nəfəri müsahibə mərhələsindən uğurla keçərək növbəti mərhələlərdə iştirak etmək hüququ qazanıb.

tehsilmedia.info xəbər verir ki, bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsindən uğurla keçən namizədlərdən 49 nəfəri Vətən müharibəsi iştirakçısıdır və onlardan artıq 44 nəfəri ümumi intellekt səviyyənin yoxlanması üçün test imtahanında uğur qazanıb. Qeyd edək ki, Vətən müharibəsi iştirakçıları sertifikatlaşdırma prosesinin nəzərdə tutulmuş bütün ödənişlərindən azaddırlar.

Müsahibədə uğur qazanan 2060 namizəddən 1628-i ümumi intellekt səviyyənin yoxlanılması imtahanında iştirak edib və onlardan 1525 nəfəri uğurlu nəticə əldə edib. Ümumi intellekt səviyyənin yoxlanması üçün imtahan 1 saat davam edir və namizədlər imtahandan dərhal sonra nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatları müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə imkan verir.

DİM namizədlərin nəzərinə çatdırır ki, ümumi intellekt səviyyənin yoxlanması üçün test imtahanı dekabrın 2-də yekunlaşdırılacaq.

Ümumi intellekt səviyyənin yoxlanması üçün imtahanda minimum 40 faiz nəticə göstərən namizədlərə birinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə SMS göndərilir.

Qeyd edək ki, ümumi intellekt səviyyənin yoxlanması imtahanında məqbul nəticə əldə edən 1525 namizəddən 763 nəfəri birinci təlim üçün qeydiyyatdan keçib və onlardan 758 nəfəri bu təlimdə iştirak edib.

Birinci təlim “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlanır. Bu təlim imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahanın gedişinə təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edir. Birinci təlimdə iştirak edən namizədlərə “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlı ikinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə SMS göndərilir. Bu təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.

Zal nəzarətçilərinin sertifikatlaşdırılması prosesi ilə bağlı suallar yaranarsa, imtahan@dim.gov.az ünvanına, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə və ya DİM-in regional bölmələrinə yazmaq olar. Sertifikatlaşdırılma qaydaları DİM-in saytında yerləşdirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər