Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün ilkin test imtahanı davam edir - FOTO

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün ilkin test imtahanı davam edir - FOTO

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyatdan keçmiş 3887 namizəddən bu günə kimi 2577 nəfər müsahibə vaxtını seçib, 2007 nəfər müsahibədə iştirak edib və onlardan 1770 nəfər uğurlu nəticə əldə edərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Bu barədə "tehsilmedia.info" a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsahibədən məqbul alan namizədlərin ümumi intellekt səviyyəsinin yoxlanması üçün test imtahanına qeydiyyatı və imtahanlarda iştirakları davam edir.

Müsahibə mərhələsində uğur qazanan namizədlərdən 831 nəfər ümumi intellekt səviyyəsinin yoxlanması imtahanına qeydiyyatdan keçib, həmin namizədlərdən artıq 794 nəfər imtahanda iştirak edib və onlardan 744 nəfər uğurlu nəticə əldə edib. Ümumi intellekt səviyyəsinin yoxlanması üçün imtahan 1 saat davam edir və namizədlər imtahandan dərhal sonra nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatları müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə imkan verir.

Ümumi intellekt səviyyəsinin yoxlanması üçün imtahanda minimum 40% nəticə göstərən namizədlərə birinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə sms göndərilir.

Qeyd edək ki, ümumi intellekt səviyyəsinin yoxlanması imtahanında məqbul nəticə əldə edən namizədlərdən 360 nəfər birinci təlim üçün qeydiyyatdan keçib.

Birinci təlim “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlanır. Bu təlim imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edir.

Birinci təlimdə iştirak edən namizədlərə “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlanan ikinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə sms göndərilir. Bu təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.

Müsahibələr və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, imtahan@dim.gov.az ünvanına elektron poçt göndərə, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün ilkin test imtahanı davam edir - FOTO

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün ilkin test imtahanı davam edir - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər