Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsinə start verilir

“Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində “Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsinə start verilir.

tehsilmedia.info xəbər verir ki, idarədən "Tehsil.biz"ə verilən məlumata görə, layihənin əsas məqsədi şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, zərərli vərdişlərin cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, təhsilalanları belə neqativ əməllərdən çəkindirmək, onların təhsilə, elmə olan marağını daha da artırmaqdan ibarətdir.

Layihə çərçivəsində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbirlərin təşkili, ümumi təhsil məktəblərinin müəllimləri, uşaq birliyi rəhbərləri, məktəb-valideyn icmasının rəhbər və üzvləri üçün “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar-məşğələlərin, “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Həmçinin risk qrupuna aid olan şagirdlərin müəyyənləşdirilməsi, psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılması, valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici seminarların keçirilməsi planlaşdırılır.

Bundan əlavə, layihə çərçivəsində şagirdlərin ifasında maarifləndirici səhnəciklər nümayiş olunacaq, bukletlər, rəsm əsərləri, təqdimatlar, videoçarxlar, qısa animasiya filmləri, posterlər hazırlanacaq.

Eyni zamanda ixtisaslı mütəxəssislərlə məktəblilərin görüşlərinin təşkili, “Zərərli vərdişlərə birlikdə yox deyək!” mövzusunda şagird layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, layihədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin VII-XI sinif şagirdləri iştirak edəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər