Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib

“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

İyulun 7-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Ağdaş şəhər M.Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü Gimzaniyada “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmin idarənin əməkdaşları, Ağdaş rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri və MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri iştirak ediblər.

Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunan tədbirdən öncə şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov çıxış ediblər. Açılış nitqlərində qeyd edilib ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev milli təhsilimizin inkişafının ən böyük himayədarı olub. Azərbaycanın dinamik və dayanıqlı sosial-iqtisadi tərəqqisi naminə misilsiz xidmətlər və titanik fəaliyyətlər göstərən Ümummilli Liderimiz bütün pillələr üzrə ölkə təhsilinin potensialının gücləndirilməsinə daim yüksək diqqət və qayğı ilə yanaşıb. Vurğulanıb ki, müəllim adını hər zaman uca tutan, uşaqların və gənclərin hərtərəfli inkişafını yüksək həssaslıqla diqqət mərkəzində saxlayan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği təhsil müəssisələrinin ən mühüm və şərəfli vəzifələrindəndir.

Sonra Ümummilli Liderimizin zəngin irsindən bəhs edən videoçarx izlənilib.

Daha sonra MDU alimləri Namaz Manafov, Asim Məmmədov, Flora Namazova, Rahilə Məmmədova və Günel Yunusovanın təqdimatında məruzələr dinlənilib. Məruzələrdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında və tərəqqisində göstərdiyi əvəzsiz xidmətlər, əbədiyaşar liderin ölkəmizin ağır və çətin siyasi vəziyyətlərində yürütdüyü uzaqgörən siyasət, dahi şəxsiyyətin milli maraqların və milli-mənəvi dəyərlərin qorunmasında, təhsilin və ana dilinin inkişafında müstəsna rolu haqqında məlumat verilib.

Böyük maraqla qarşılanan məruzələrdən sonra tədbir gimnaziyanın istedadlı şagirdlərinin ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiya ilə yekinlaşıb.

Qeyd edək ki, müasirləşməkdə olan MDU-nun regionda yerləşən təhsil müəssisələri ilə faydalı işbirliyinin gücləndirilməsi bu ali təhsil müəssisəsinin prioritet vəzifələri sırasındadır. 2023-cü il aprelin 20-də “Heydər Əliyev İli” çərçivəsində MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı məhz bu vəzifələrin effektiv həllinə hədəflənib.

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

Ağdaşda Heydər Əliyevə həsr olunan elmi seminar keçirilib - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər