Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

AzTU-nun şəhid məzunu Məhəmmədəli İbrahimlinin doğum günüdür

AzTU-nun şəhid məzunu Məhəmmədəli İbrahimlinin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məhəmmədəli İbrahimlinin doğum günüdür.

tehsilmedia.info xəbər verir ki, Məhəmmədəli İbrahimli 22 noyabr 1996-cı ildə Beyləqanda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. O, 2018-2020-ci illərdə AzTU-da magistr təhsili alıb.

Məhəmmədəli İbrahimli 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib.

Oktyabrın 3-də Suqovuşanın alınması uğrunda gedən ağır döyüşlərdə iştirak edən cəsur hərbçi hər iki qolundan və ayağından yaralanıb. Buna baxmayaraq, üç yaralı və bir şəhid yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilib. Döyüşdən sonra yaralarının sağalması üçün 15 günlük Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilib. Lakin üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb.

Məhəmmədəli İbrahimli oktyabrın 13-də Ağdərə istiqamətində düşmən postuna kəşfiyyat bölüyünün hücumunda iştirak edib. Döyüş yoldaşlarının şəhid olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edib. O, qumbara ilə 20-dən çox düşmən əsgərini məhv edib, özü də şəhidlik zirvəsinə ucalıb. Ailəsinin iki aydan çoxdur xəbər gözlədiyi şəhidin nəşini ərazidən 63 gün sonra götürmək mümkün olub. Məhəmmədəli İbrahimli dekabrın 15-də Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər