Xəbər lentiwidget-title-icon

Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli

Rektor STP-nin baş icraçı direktoru ilə görüşüb

Rektor STP-nin baş icraçı direktoru ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Sumqayıt Texnologiyalar Parkı (STP) Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehovla görüşüb.

tehsilmedia.info xəbər verir ki,sənayenin inkişafının Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu deyən Yaqub Piriyev son illərdə sənayeləşmə prosesinin daha da sürətləndiyini, bu istiqamətdə sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Rektor regionun ən geniş imkanlara malik ilk texnologiya parkı olaraq STP-nin yaradılmasının və şirkətin ötən zaman kəsiyindəki səmərəli fəaliyyətinin Azərbaycanda sənaye sahəsində gerçəkləşdirilən uğurlu siyasətin əyani təzahürü olduğunu bildirib.
Çıxışında universitet-sənaye əməkdaşlığının önəminə diqqət çəkən rektor əmək bazarının ehtiyaclarının müəyyənləşdirilməsi əsasında müasir kompetensiyalara malik, rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadr hazırlığında birgə fəaliyyətin vacibliyindən danışıb. Bu baxımdan STP ilə əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə ümidvar olduğunu bildirən Yaqub Piriyev BMU-da kadr hazırlığı istiqamətində həyata keçiriləcək yeniliklər barədə məlumat verib. Eyni zamanda, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə qəbul edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında mühəndislik ixtisasları üzrə icra olunan ikili diplom proqramından danışıb. Proqram üzrə təhsilini başa vuracaq tələbələrin, həmçinin BMU-da müvafiq ixtisaslar üzrə məzunların STP-də işlə təminatı məsələlərinə də toxunan rektor əməkdaşlığın daha da irəli aparılması üçün digər mümkün imkanları vurğulayıb.
STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov universitet-sənaye əməkdaşlığının formalaşdırılması, bu əlaqələrin daha da genişləndirilməsinə maraq göstərdiklərini bildirib. Rəhbərlik etdiyi qurumun çoxşaxəli fəaliyyətindən söz açan Hicran Valehov perspektiv planda dayanan əsas məqsədləri sadalayıb və bu hədəflərin gerçəkləşdirilməsi üçün yüksəkixtisaslı kadrlara ciddi ehtiyacın yarandığını söyləyib. Baş icraçı direktor insan resurslarına, o cümlədən sənayenin müxtəlif istiqamətləri üzrə mühəndis kadrlara olan tələbatın təmin edilməsində BMU ilə sıx əməkdaşlığın uğurlu nəticələr verə biləcəyini qeyd edib.
Görüşdə STP-də təcrübə keçən BMU tələbələrinin sayının artırılması, mühəndislik sahəsində peşəkar kadrların hazırlanması istiqamətində birgə işin aparılması, həmçinin elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.
Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə geniş fikir mübadiləsindən sonra “Sənaye-universitet işbirliyi” mövzusunda təqdimatlarla çıxış edən BMU-nun Kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayev və Sənaye mühəndisliyi kafedrasının müdiri Pərviz Həsənov konkret layihə və təklifləri nəzərə çatdırıblar.

Görüşün sonunda qonaqlar BMU-nun labaroratoriyaları və Texnoparkı ilə yaxından tanış olublar.

Oxşar xəbərlər

Bütün xəbərlər