Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

BANM-də ITACA layihəsinin bağlanış mərasimi keçirilib

BANM-də ITACA layihəsinin bağlanış mərasimi keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) ITACA (Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni təhsil səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi) layihəsinin bağlanış mərasimi keçirilib. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2: Ali təhsildə potensialın qurulması proqramı” çərçivəsində idarə olunub.

tehsilmedia.info BANM-ın yaydığı məlumata istinadən xəbər verir ki, tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2019-cu ildən başlanılan layihənin yüksək səviyyədə icra olunduğunu bildirib. Rektor vurğulayıb ki, ITACA layihəsi Azərbaycanın Avropa İttifaqı ilə həyata keçirdiyi ən mühüm təhsil layihələrindəndir və Bakı Ali Neft Məktəbi layihənin əsas tərəfdaşlarından biri, həmçinin ITACA Təlim və Tədqiqat Mərkəzinin ev sahibidir. Elmar Qasımov qeyd edib ki, ən qabaqcıl texnologiyalar ilə təmin edilmiş bu Mərkəz Azərbaycanda neft və qaz hasilatı nəticəsində mənfi təsirlərə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması məqsədilə yaradılıb və layihə çərçivəsində 10 gənc mütəxəssis “Ətraf mühitin bərpası və dayanıqlı neft-qaz istehsalı” mövzusunda 40 həftəlik təlimlərə cəlb edilib. Rektor həm yerli, həm də Avropadan olan tərəfdaş universitetlərin professor-müəllim heyəti tərəfindən keçirilən təlimlərdə tədqiqata meyilli kadrlar formalaşdığını və onların ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün faydalı tədqiqatlar həyata keçirəcəyinə, laboratoriyanın üstünlüklərindən yararlanacaqlarına əminliyini bildirib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev ölkədə ətraf mühit məsələlərinə xüsusi əhəmiyyət verildiyini, irimiqyaslı ekoloji layihələr həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, layihə çərçivəsində təlimlərə cəlb olunmuş tələbələrin ətraf mühit məsələlərinin həllində rol oynamaları vacibdir.

Tədbirdə çıxış edən Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristo Kapodistria Erasmus+ proqramının faydalarından bəhs edərək bu layihənin nəticələrinin uğurlu olduğuna və iştirakçılara böyük töhfə verdiyinə əminliyini ifadə edib.

Elm və Təhsil Nazirliyinin Böyük məsləhətçisi Vüsalə Qurbanova, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov çıxışlarında layihənin ali təhsil müəssisələri üçün müsbət nəticələr verdiyini, öyrənmə və öyrətmə prosesinə dəstək olduğunu, elmi-tədqiqatlara böyük fayda gətirdiyini, yeni təcrübələr qazanıldığını bildiriblər.

Tədbirdə çıxış edən “Təmiz Şəhər”ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov layihə tərəfdaşlarını və tədqiqatçıları təbrik edərək burada qazanılan təcrübənin gələcək fəaliyyətlərində faydalı olacağına əminliyini bildirib.

Layihə koordinatoru, professor Luca di Palma çıxışında layihə çərçivəsində həyata keçirilən işlərdən, əldə olunan nəticələrdən, gələcək imkanlardan bəhs edib. Layihənin koordinatoru vurğulayıb ki, bu layihə tərəfdaşların davamlı dəstəyi, səyi nəticəsində uğurla həyata keçirilib, Avropa İttifaqı və Azərbaycan ali təhsil müəssisələri arasında innovasiyalar və faydalı təcrübələrin mübadiləsi üzrə əməkdaşlıq baxımından faydalı olub.

Qeyd edək ki, ITACA layihəsi İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu və konsorsium üzvləri Danimarkanın Aalborg Universiteti, İspaniyanın Granada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH" şirkəti, Azərbaycandan Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azecolab və “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ilə birgə idarə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər