Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Mədəniyyət Nazirliyi Mobil Babayevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Mobil Babayevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi bəstəkar Mobil Babayevin vəfatı ilə bağlı nekroloq yayıb.

"tehsilmedia.info"ın məlumatına görə, mətndə deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayev 10 noyabr 2023-cü il tarixində, 78 yaşında vəfat edib.

Mobil Rəşid oğlu Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə daxil olub. 1964-cü ildə bu məktəbi viola və bəstəkarlıq (Nazim Əliverdibəyovun sinfi) üzrə başa vurub. Həmin ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) viola ixtisası üzrə təhsilini davam etdirib.

M.Babayev 1973-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. Burada musiqi redaktoru, daha sonra baş redaktor vəzifələrində çalışıb. O eyni zamanda 20 ildən çox Azərbaycan Televiziyasında Estrada-caz şöbəsinin musiqi redaktoru vəzifəsində işləyib, “Caz həvəskarları klubu” verilişinin musiqi redaktoru olub.

Cövdət Hacıyev bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən olan M.Babayev müxtəlif janrlarda çoxsaylı əsərlərin – 5 simfoniya, simfoniya-rekviyem, simfonik poema, fortepiano və kamera orkestri üçün konsert, viola və orkestr (kamera və simfonik) üçün 2 konsert, 3 oratoriya, 2 kantatanın müəllifidir. 50-dən çox bədii (“Pəncərə”, “Babamızın babasının babası”, “Mezozoy əhvalatı” və s.), sənədli, elmi-kütləvi və cizgi filminə musiqi yazıb. O, həmçinin caz orkestri və estrada simfonik orkestri üçün çoxsaylı kompozisiyaların, müxtəlif mövzularda yazılmış 150-yə yaxın mahnının müəllifi kimi tanınır. Bəstəkarın simfonik və vokal-simfonik əsərləri milli-mənəvi, fəlsəfi və ideoloji dəyərlərin təcəssümü baxımından diqqəti çəkir. “Ömür bitər, yol bitməz” simfoniyası, “12 not – dünən, bu gün” simfonik poeması, “İnsan”, “Bu dünya” oratoriyaları, xor və simfonik orkestr üçün “Mən bu yerdən gedəli”, “Ölüm qara qarışqadır” kompozisiyaları, “Ömür geri dönə bilsə”, “İblis”, “Bu qatar” mahnıları və s. bu baxımdan diqqətə layiq nümunələrdir. “Məmləkətimi sevirəm” kantatası, “Ağlama, torpağım, ağlama” oratoriyası, “Qarabağ” simfoniyası, “Çanaqqala” simfoniya-rekviyemi, “Qalx, Vətən” mahnısı müəllifin milli-ideoloji düşüncə tərzinin göstəricisidir.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən bəstəkar dövlət başçısının sərəncamları ilə 2007-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına və 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Görkəmli bəstəkar, səmimi insan Mobil Babayevin işıqlı xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində yaşayacaq.

Allah rəhmət eləsin!"

Oxşar xəbərlər

Bütün xəbərlər