Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Nəsimi adına Dilçilik İnstitutunda görüş keçirilib - FOTO

Nəsimi adına Dilçilik İnstitutunda görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda partiya fəalları ilə görüşü olub.

Bu barədə "TehsilMedi.az" a institutdan məlumat verilib.

İclası açan institutun baş direktoru professor Nadir Məmmədli bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir.

YAP-nın Dilçilik İnstitutu üzrə ərazi partiya təşkilatının sədri professor Sayalı Sadıqova çıxışında bildirib ki, bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını Prezident İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. Ümumiyyətlə, bu günün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət kimi regionda və bölgədə etibarlı strateji tərəfdaşdır. Eyni zamanda, ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir.

Görüşdə çıxış edən Bəxtiyar Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) 2021-ci il martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər, lokal xarakterli antiterror tədbirlərinin tam dəqiqliklə həyata keçirilməsi və cari ilin oktyabr ayında Xankəndidə, digər ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbələr qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün tam bərpasına nail oldu.

Tədbirdə çıxış edən partiya fəalları vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ardıcıl qazanılmış tarixi zəfərlər çoxəsrlik Azərbaycan tarixinin nadir və təkrarsız hadisəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılmış Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edildi. Hazırda Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini aydın şəkildə təsəvvür etməyə imkan verir.

Nəsimi adına Dilçilik İnstitutunda görüş keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər