Zoologiya İnstitutunun əməkdaşları Xəzərin Lənkəran rayonu sahillərində ekspedisiyada olublar - FOTO

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının əməkdaşları - aparıcı elmi işçi, b.ü.f.d. Nailə İsgəndərova, böyük elmi işçi b.ü.f.d. Türkan Qurbanova və böyük laborant Rəhimə Ağayeva Lənkəran rayonunda ekspedisiyada olublar.
Bu barədə "tehsilmedia.info"a institutdan bildirilib.
Ekspedisiya zamanı Xəzərin Lənkəran rayonu sahillərində sərbəstyaşayan və parazit ibtidailərin biomüxtəlifliyinin müəyyən edilməsi üçün material toplanılıb.




























