Xəbər lentiwidget-title-icon

Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF

Ömrü nəsillərə nümunə olan ADAM: Vəli Ələkbərov haqda MARAQLI XATİRƏLƏR

Ömrü nəsillərə nümunə olan ADAM: Vəli Ələkbərov haqda MARAQLI XATİRƏLƏR

Vəli Ələkbərov 1922-ci ilin iyul ayında tarixi Qərbi Azərbaycanda, Qəmərli Rayonun Sabunçu kəndində kolxozçu ailəsində anadan olub. 1937-ci ildə Zəngibasar rayonun Uluxanlı kəndində məktəbi bitirib, həmin ili İrəvan Kənd Təsərufatı Texnikumuna daxil olub, 1941-ci ildə texnikumu müvəffəqiyətlə bitirib 1941-ci il 1 sentyabrdan 23 noyabra kimi Sabunçu kəndində müəllim işləyib, həmin ili Sovet ordusunun sıralarına daxil olub, Qafqazın müdafiəsində fəal iştirak edib. 1944-cü ilin 17 avqustuna qədər zabit kimi savaşda iştirak edib və Ukraynada gedən döyuşlər zamanı aldığı güllə yarasına görə ordudan tərxis olunub. Vətənə qayıtdıqdan sonra atasını görə bilməyib. Çünki 1943-cü ilin 13 aprelində Zeynalabdin Krosnadar diyarının Abdinski rayonunun düşməndən təmizlənməsi uğrunda gedən ağır döyüşdə həlak olub və həmin rayonun Miqemski qəbiristanlığında dəfn edilib. Əsas faktlardan biri də odur ki, ata və oğul eyni vaxtda 589-cu polkun tərkibində vuruşsalar da, bir-birlərindən xəbərsiz olublar. Vəli Ələkbərov 1944-cü ildən 1950-ci ilədək yenidən Sabunçu məktəbində müəllim, sonra isə məktəb direktoru işləməyə başlayıb.

Eyni zamanda Naxçıvanda iki illik Pedaqoji Müəllimlər İnstitutunda qiyabi olaraq təhsil alıb. 25 may 1950-ci ildə torpaqlarından deportasiya olunaraq ƏliBayramlı rayonu Dadaşbəyli kəndinə məskunlaşıb, həmin ildən əmək fəaliyyətini orada davam etdirib. 1 dekabr 1950-ci ildən 30 yanvar 1962-ci ilə kimi ƏliBayramlı rayon partiya komitəsinin təbliğatçısı, təbliğat-təşviqat şöbəsinin müdir müavini və mudiri, partiya kabinetinin mudiri vəzifələrində çalışıb. 1952–1953-cü illərdə Azərbaycan KP MK yanında iki illik Respublika partiya nəzdində partiya-sovet işcilərini hazırlayan 9 aylıq kursu bitirdikdən sonra 1959-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 31 yanvar - 10 may 1962-ci ildə Yüksəliş qazetinin redaktoru[4], 1962-ci ildən 27 iyun 1973-cü ilə kimi Əlibayramlıda Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədr muavini və sədri işləməyə başlayıb.

Vəli müəllim respublikada tanınmış adam idi. Bir vaxt onunla ADU-da təhsil alıb sonralar yüksək vəzifələr daşıyan adamlar öz keçmiş tələbə yoldaşlarını daima axtarır, onun Əlibayramlıdakı fəaliyyətindən qürur hissi keçirirdilər. Vəli müəllim 1955-ci ildə Moskvada Elmi Bilikləri Yayan Cəmiyyətin ümumittifaq plenumunda akademiklər Yusif Məmmədəliyev, Şəfayət Mehdiyevlə birlikdə iştirak edib. Azərbaycanda keçirilən partiya qurultaylarının nümayəndəsi olub. Müxtəlif illərdə Əlibayramlı rayonunun bir sıra məktəblərində direktor işləyən V.Ələkbərov 1 iyun 1976-cı ildən 30 avqust 1986-cı ilə kimi şəhər Xalq Maarif şöbəsinin müdri olub.

1963–1986-cı illərə kimi şəhər İcraiyyə Komitəsinin rəyasət heyətinin üzvü, 1996-cı ildə şəhər icra Hakimiyyətinin başçısının şura üzvü, 1998-ci ildən şəhər İcra hakimiyyətində Mülki Müdafiə Qərargahının rəisi və ömrünün sonuna kimi şəhər Ağsaqqallar şurasınin sədri işləyib. 5 sentyabr 1990-cı ildən 16 noyabr 1991-ci ilə kimi Kommunal Təsərrufatı İstehsalat Birliyinin rəisi, 12 may 1995-ci ildən 4 avqust 1995-ci ilə kimi Hacıqəhramanlı qəsəbəsində şəhər İcra Hakimiyəti Başçısının nümayəndəsi, 1952-ci ildən 1990-cı ilə kimi rayon partiya Komitəsinin plenum üzvü, 1965–1973-cü və 1988–1990-cı illərdə şəhər partiya büro üzvü, 1952–1995-ci ilə kimi rayon Xalq Deputatları Sovetinin deputatı,1945–1991-ci illərə kimi Sovet İttifaqı KP-nın uzvü, 1993–2016-cı illərə kimi YAP uzvü olub. Öz elinə-obasına gərəkli adam olan, xeyirxah, gözəl insan, ictimai-siyasi xadim Vəli Zeynalabdin oğlu Ələkbərov 2016-cı ildə, 93 yaşında vəfat edib. Onun ömrü sözün əsl mənasında nəsillərə nümunə idi.

Ömrü nəsillərə nümunə olan ADAM: Vəli Ələkbərov haqda MARAQLI XATİRƏLƏR
Ömrü nəsillərə nümunə olan ADAM: Vəli Ələkbərov haqda MARAQLI XATİRƏLƏR

[
Ömrü nəsillərə nümunə olan ADAM: Vəli Ələkbərov haqda MARAQLI XATİRƏLƏR

Aybəniz Abdulova

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxşar xəbərlər

Bütün xəbərlər