Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılışı olub - FOTO

“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılışı olub - FOTO

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılış mərasimi olub.

tehsilmedia.info xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşmasına, oxucuların marağını cəlb etmək və oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırmasına zərurət yarandığını vurğulayıb.

O bildirib ki, layihə çərçivəsində təşkil ediləcək təlim müddətində tanınmış mütəxəssislər rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri, diqqət cəlb edən başlıqların formalaşdırılması, xəbərin cəlbedici təqdim olunmasından sonra göstəricilərin ölçülməsi, multimedia və interaktiv elementlərdən istifadə, rəqəmsal mənbələrdən əldə edilən datanın analizi, dataya əsaslanan məzmun strategiyalarının tətbiqi, sosial mediada güclü brendin yaradılması, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması, fərdiləşdirmə və individuallaşdırmanın həyata keçirilməsi barədə maraqlı məlumatlar verəcək, diskussiyalar aparacaqlar.

Tədbirdə çıxış edən “Albayrak” Media Qrupunun tərkibindəki “GZT” rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer layihənin müvafiq sahədə fəaliyyət göstərən media nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda sahə üzrə mütəxəssislər, məzmun yaradıcıları, redaktorların iştirakı ilə onlayn medianın inkişafına dair qarşılıqlı fikir mübadiləsi və şəbəkələşmə imkanlarının yaradılması baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra Doğukan Gezerin təlimin ilk hissəsində “Rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri” mövzusunda rəqəmsal xəbərlərdə hekayə nəqli və diqqət cəlb edən başlıqların formalaşdırılması haqqında, Kerim Askerin “Xəbərin cəlbedici təqdim olunması: Şaquli formatda video xəbər təqdimatı” mövzusunda multimedia və interaktiv elementlərdən istifadə edilməsi və diqqət cəlb edən videoların necə seçilməsi və hazırlanması barədə, ən sonda isə Suat Özdemirin “Rəqəmsal mediada proqnozlaşdırma və təhlil” mövzusunda rəqəmsal mənbələrdən əldə edilən datanın analizi və dataya əsaslanan məzmun strategiyalarının tətbiqi istiqamətində çıxışları nəzərdə tutulur.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması, bununla da xəbər saytlarının oxucu kütləsinin əhatə dairəsinin genişləndirilməsi, bu istiqamətdə mövcud alət və strategiyaların effektiv tətbiqinin stimullaşdırılmasıdır. Lahiyənin iki gün müddətində, ümumilikdə 50 xəbər saytının 100-ə yaxın əməkdaşının, həmçinin bir sıra ali təhsil müəssisələri və qurumlardan olan qonaqların iştirakı ilə həyata keçirilməsi planlaşdırılır.

“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılışı olub - FOTO

“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılışı olub - FOTO

“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılışı olub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər