Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Bakıda Türkiyə məzunlarının görüşü keçirilib - FOTO

Bakıda Türkiyə məzunlarının görüşü keçirilib - FOTO

Sentyabrın 30-da Bakıda Beynəlxalq Türkiyə Məzunlarının Azərbaycan Toplantısı keçirilib.

tehsilmedia.info xəbər verir ki, ilk dəfə Azərbaycanda təşkil edilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, KKTC Baş nazirinin müavini Fikri Ataoğlu, Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyn Yıldırım, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Azərbaycanın millət vəkilləri, Türkiyədə təhsil almış məzunlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynadıqlarını və böyük töhfələr verdiklərini vurğulayıb. Emin Əmrullayev gənclərin əksəriyyətinin qardaş ölkədə təhsil almağa üstünlük verdiyini qeyd edib və buna görə Türkiyə dövlətinə təşəkkürünü bildirib.

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Eren çıxışında Türkiyənin 1990-cı illərdə başladığı “Böyük tələbə layihəsi”ndən danışıb, həmçinin hazırda Türkiyədə 34 min azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tədbirin təşkilinə görə təşəkkür edib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında bildirib ki, Beynəlxalq Türkiyə Məzunları Toplantısının Azərbaycanda keçirilməsi Türkiyənin Azərbaycana olan sevgisinin göstəricisidir.

Tədbirdə digər çıxış edənlər ölkələrimiz arasındakı qardaşlıq əlaqələrindən danışıblar.

Sonda akademik və elmi araşdırmalar, iqtisadiyyat, sahibkarlıq, jurnalistika, media, səhiyyə, mədəniyyət, incəsənət sahələrində uğur qazanmış azərbaycanlı məzunlara “Türkiyə məzunları ödülləri” adlı mükafat təqdim olunub.

Bakıda Türkiyə məzunlarının görüşü keçirilib - FOTO

Bakıda Türkiyə məzunlarının görüşü keçirilib - FOTO

Bakıda Türkiyə məzunlarının görüşü keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər