Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Əmək müqaviləsinə xitam verilən 479 müəllimə qarşı haqsızlıq... - SƏBƏBLƏR

Əmək müqaviləsinə xitam verilən 479 müəllimə qarşı haqsızlıq... - SƏBƏBLƏR

Xəbər verdiyimiz kimi, qanunvericiliyə əsasən təkrar sertifikasiyadan keçə bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. Elm və Təhsil Nazirliyi bildirib ki, yeni tədris ilində sözügedən müəllimlərin əvəzinə yeni təyinatlar olub.

Qeyd edilib ki, 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, sertifikatlaşdırma mövcud vəziyyətin sağlamlaşdırılmasında pozitiv addım kimi dəyərləndirilməlidir.

tehsilmedia.info xəbər verir ki, azedu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov sözügedən mövzuya münasibət bildirərkən qeyd edib ki, təkrar sertifikatlaşdırılmadan kəsilən müəllimlərin hamısı yeni tədris ilində məktəblərdən kənarlaşdırılıb:

“İlk növbədə onu qeyd edim ki, sertifikasiya olduqca faydalı bir prosesdir. Sertifikalaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlığını yoxlamaq üçün çox yaxşı bir alətdir. Bu təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli nailiyyətlərin əldə olunmasına imkan verəcək. Yəni, biz artıq biləcəyik ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqları hansı səviyyədədir. Məlumdur ki, həm keçən il, həm də bu il kəsilən 743 ibtidai sinif müəllimlərinin əmək müqaviləsinə xitam verildi. Onların heç biri yeni tədris ilində pedaqoji fəaliyyətlə məşğul olmurlar”.

Ekspert vurğulayıb ki, sertifikatlaşdırmadan kəsilən müəllimlərin çoxu öz ixtisaslarını tədris edə bilmirdilər:

“Bir daha qeyd edirəm ki, sertifikatlaşma vacib bir prosesdir. Amma hesab edirəm ki, prosesdən kəsilən bəzi müəllimlərə qarşı bir qədər haqsızlıq olub. Ona görə ki, həmin 743 müəllimdən yalnız 264 nəfəri sinifdə tam dərs aparıb. Yəni, biz geridə qalan 500-ə yaxın müəllimə tam sinif verməmişik. Həmin müəllimlər öz ixtisasları üzrə dərs aparmayıblar. Onlar daha çox fərqli və yığma dərslərdə fəaliyyət göstəriblər. Sözügedən təhsilverənlər ixtisaslarına aid olmayan fənləri uzun müddət tədris etdiklərinə görə öz fənlərini unudublar”.

Həmsöhbətimizin sözlərinə görə sertifikasiyadan kəsilən 264 müəllimin əmək müqaviləsinə xitam verilməsi çox doğru addımdır:

“Çünki onlar uzun müddət ixtisasları üzrə şagirdlərə dərs keçdikləri halda öz fənlərini minumum səviyyədə belə bilməyiblər. Lakin digər 479 müəllim üçün müəyyən güzəştlər edilməlidir. Elm və Təhsil Naziri Emin Əmrullayev də qeyd etmişdi ki, kəsilən müəllimlərin bəziləri məktəblərdə digər vəzifələrə təyin olunacaqlar. Bu addım məhz 479 müəllimlə aid olmalıdır. Sertifikasiya təhsil sisteminin sağlamlaşdırılmasına, müəllimlərin bilik və bacarıqlarının inkişaf etməsinə müsbət təsir göstərəcək. Bu pozitiv bir addımdır. Amma hesab edirəm ki, bəzi məsələlərdə ədalətli olmaq lazımdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər