Xəbər lentiwidget-title-icon

Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək

Sertifikasiyadan keçməyən müəllimlər anında məktəblərdən kənarlaşdırılmalıdır

Müəllimlərin sertifikasiyası təhsilə nə verir?

Təhsil sisteminin əsas dayağı müəllimdir. Müəllimin peşəkarlığı, bilik və bacarığı nə qədər yüksəkdirsə, o qədər də təhsilin keyfiyyəti artar. Sertifikasiya imtahanları isə məhz bu keyfiyyətə nəzarət və onu yüksəltmək üçün tətbiq edilən mexanizmdir. Bu proses təhsil sistemində bir növ “filtr” rolunu oynayaraq, yalnız bilik və bacarıqları müəyyən həddə cavab verən kadrların tədris prosesində iştirakına şərait yaradır. Nəticədə təhsildə vahid standart formalaşır, müəllimlərin peşəkar inkişafı üçün davamlı təşviq mühiti yaranır.

Sertifikasiya müəllimlərə nə verir?Sertifikasiya müəllim üçün iki istiqamətdə faydalıdır: özünüqiymətləndirmə və peşəkar inkişaf. İmtahan və müsahibə mərhələsi müəllimə real bilik səviyyəsini, zəif və güclü tərəflərini tanımaq imkanı yaradır. Eyni zamanda bu proses onun öz üzərində daha çox çalışmağa, müasir pedaqoji yanaşmaları öyrənməyə, innovativ dərs metodlarını tətbiq etməyə sövq edir. Sertifikasiyadan uğurla keçən müəllim həm də maddi stimullaşdırma alır və peşəkar nüfuzunu artırır.

Sertifikasiya şagirdlərə nə verir?Ən əsas hədəf şagirddir. Keyfiyyətli təhsil keyfiyyətli müəllimdən keçir. Sertifikasiya nəticəsində sinif otağında daha hazırlıqlı, motivasiyalı və savadlı müəllim dayanırsa, şagird də daha çox öyrənir, daha yaxşı nəticə göstərir. Müasir dünyada uşaq yalnız faktları əzbərləyən şagird kimi qəbul olunmur. O, düşünən, araşdıran və tətbiq edən bir fərd kimi yetişməlidir. Bunu da yalnız öz üzərində çalışan, metodika və fənn bilikləri yüksək olan müəllim təmin edə bilər.

Sertifikasiya niyə lazımdır?

Sertifikasiya nəzarət və ya cəza məqsədli deyil. Bu proses dünyada çoxdan tətbiq edilir. Azərbaycanda da bu sistemin əsas məqsədi müəllim kadrlarının seçilməsi, inkişaf etdirilməsi və dəyərləndirilməsi prosesini sistemləşdirməkdir. Hamımız bilirik ki, hər bir peşədə mütəmadi yoxlamalar, akkreditasiyalar, attestatlar tətbiq olunur. Çünki həyatla birbaşa bağlı sahələrdə səhv bağışlanmır. Təhsil də həmin sahələrdən biridir.

Sertifiksiyadan keçə bilməyənlər dərhal təhsildən kənarlaşdırılmalıdırlarBu məsələ fərqli şəkildə müzakirəlidir və birmənalı qəbul olunmaya bilər. Amma reallıq budur ki, sertifikasiyadan keçə bilməyən müəllim, yəni öz sahəsində minimal bilik və bacarığı olmayan şəxs şagirdə, təhsil alan uşağa fayda verə bilmir. Bu, nəinki fərd olaraq şagirdin, həm də cəmiyyətin gələcəyinə zərər vurmaqdır.

Əgər bir müəllim dəfələrlə minimal tələbi belə qarşılamırsa, o zaman təhsil sahəsində yox, başqa peşə sahələrində yönləndirilməlidir. Bu isə cəza deyil uyğunluq prinsipidir.

Hər şey nəticə ilə ölçülür, ən sonda nəticəyə baxılır. Müəllimin hazırladığı şagird ali məktəbə qəbul ola bilmirsə, minimal qiymət belə yığmırsa, deməli orada problem var. Və bu problemi görüb hələ də eyni müəllimi eyni sinifdə saxlamaq yumşaq desək gələcəyimizi riskə atmaqdır.

Sertifikasiya müəllimin özünü yoxlamaq üçün bir şansdır. Bu şansdan yararlana bilməyənlər, təəssüf ki, başqasının övladına fayda verə bilməzlər.

Ona görə də bu prosedən keçə bilməyənlər dərhal məktəblərdən kəınarlaşdırılmalıdırlar. Çünki onların təhsilə yalnız zərəri var. Və sertifikasiyadan keçə bilməyənlər bir anlıq özlərini başqa valideynlər, dərs keçdikləri şagirdlərə öz övladları kimi baxsınlar. O zaman onlar könüllü olaraq məktəblərdən gedəcəklər.

Qorxu, kabus, yoxsa özünüinkişaf…

Təəssüf ki, bəzi müəllimlər sertifikasiyanı “cəzalandırma aləti” kimi görürlər. Bu yanlış yanaşmadır. Əslində sertifikasiya karyera imkanları, motivasiya və fərdi inkişaf fürsətidir. Yaxşı müəllim bu prosesi bir fürsət kimi qəbul edir. Öz sahəsində irəliləmək, biliklərini dərinləşdirmək, həm maddi, həm mənəvi baxımdan daha da böyümək istəyən müəllimlər üçün sertifikasiya bir “təkan”dır, buna “təhdid” kimi baxmaq olmaz. Nəticə olaraq deyə bilərik ki, Sertifikasiya Azərbaycan təhsilinin gələcəyinə atılmış vacib addımdır. Bunu qorxu yox, inkişaf kimi görmək lazımdır. Uğurlu müəllim uğurlu şagird, uğurlu şagird isə güclü gələcək deməkdir!

Oxşar xəbərlər

Bütün xəbərlər