ADPU-nun 80 məzunu təhsillərini xarici ölkələrdə davam etdirir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ötən tədris ili məzunlarından 80 nəfəri xarici ölkələrdə təhsillərini davam etdirir (bu rəqəm ötən il 52 nəfər idi).
ADPU-dan "tehsilmedia.info"a bildirilib ki, onlardan 7-si bakalavr, 66-sı magistratura, 2-si fəlsəfə doktorluğu, 5 nəfəri isə digər proqramlara qəbul olunub.
Məzunlardan 45-i Türkiyə, 22-si Avropa, 7-si ABŞ, 3-ü Rusiya və 3-ü Cənubi Koreya ali təhsil müəssisələrində təhsil alır.



























