Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

"Uğurla başa çatdırılmış antiterror tədbirləri Prezident İlham Əliyevin qəti Qələbəsidir"

"Uğurla başa çatdırılmış antiterror tədbirləri Prezident İlham Əliyevin qəti Qələbəsidir"

"Müstəqil Azərbaycan dövlətinin özünün ərazi bütövlüyünü təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı antiterror tədbirləri Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquq normalarına tam uyğundur. Azərbaycan Respublikasının ərazisi daxilində qanunsuz olaraq yerləşdirilmiş Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən tərksilah edilməsi və silah-sursatlarını təhvil verməklə Qarabağdan çıxarılması regionda sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addımdır".

tehsilmedia.info xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söyləyib.

Akademik bildirib ki, qəhrəman Ordumuzun Qarabağda lokal antiterror tədbirləri zamanı mülki əhaliyə heç bir zərər yetirməmək və yerli erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi tədbirlər, yalnız separatçı hərbi birləşmələrə və onların hərbi obyektlərinə zərbələr vurması bütün dünyaya dövlətimizin yüksək humanizmini əyani şəkildə təqdim edir.

Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti xalqımızın liderinin Qalib Ali Baş Komandan kimi qazandığı növbəti parlaq Zəfərin şərəfli dərslərinin möhtəşəm bəyanatıdır. Qarabağ Zəfərindən sonra Qarabağda böyük uğurla həyata keçirilmiş antiterror tədbirləri ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə daha bir təkrarsız böyük Qələbə hadisəsi əlavə etmişdir. Qarabağda antiterror tədbirlərinin cəmi bir gün ərzində bütün hədəflər üzrə reallaşdırılması və uğurla başa çatdırılması Azərbaycan və dünya hərb tarixinin nadir hadisəsidir.

“Azərbaycan xalqı əmindir ki, həyata keçirilən qanuni antiterror tədbirlərindən sonra bu gün Qarabağın erməni əhalisi ilə aparılan müzakirələr də Prezident İlham Əliyevin sülhsevər diplomatiyasının daha bir təntənəsi olacaqdır. Ümumiyyətlə, Qarabağda uğurla başa çatdırılmış aniterror tədbirləri regiona və dünyaya yeni reallıqların gətirilməsinə yol açacaqdır. Məhz bu böyük və mühüm hərbi-tarixi hadisə ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi ərazilərimiz üzərində ölkəmizin tam və qəti Qələbəsini təmin etmişdir. Artıq Ermənistanla sülh müqaviləsinin imzalanmasının, Avropa və Asiya arasında əhəmiyyətli bir körpü funksiyasını yerinə yetirəcək Zəngəzur dəhlizi məsələsinin həll edilməsinin uzaqda olmadığı görünməkdədir. Bu tarixi Qələbə Böyük Qayıdış hərəkatının hərbi-siyasi təminatı kimi də mühüm əhəmiyyətə malikdir. Azərbaycanın çoxminli elmi ictimaiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yazılan yeni tarixin obyektiv elmi mahiyyətini və əhəmiyyətini bugünkü və gələcək nəsillərə çatdırmaq üçün bütün qüvvələrini səfərbər edəcəklər”,- deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər