Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

ADA Universiteti: Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb

ADA Universiteti: Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb

ADA Universiteti Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə sentyabr ayından etibarən “İşğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışının və reinteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsinin icrasına başlayıb.

ADA Universitetindən "tehsilmedia.info"a bildirilib ki, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanmasının təmin edilməsi məqsədilə həyata keçirilir. Layihə çərçivəsində məcburi köçkünlərin Böyük Qayıdışa dair rəy və təklifləri, həmçinin reinteqrasiya ehtiyacları və potensialı öyrəniləcək. Bununla əlaqədar müxtəlif sosial-demoqrafik qrupları təmsil edən məcburi köçkünlərin iştirakı ilə “fokus-qrup” müzakirələrinin təşkil olunması nəzərdə tutulub.

Layihəyə rəhbərlik edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, “fokus-qrup” müzakirələri Böyük Qayıdış prosesində effektiv strategiya və siyasətlərin işlənib hazırlanmasında mühüm rol oynayacaq. Layihənin elmi rəhbəri, İqtisadiyyat İnstitutunun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir.

Layihənin daha effektiv icrasını təmin etmək məqsədilə sentyabrın 19-da ADA Universitetində müxtəlif dövlət qurumlarının (nazirlik, xüsusi nümayəndəlik, agentlik, komitə və s.) nümayəndələri, deputatlar, habelə qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüş keçirilib. Görüş zamanı Tədqiqat Qrupunun üzvləri müvafiq qurumlardan dəvət edilmiş nümayəndələrlə “fokus-qrup” müzakirələrin səmərəli təşkili məsələlərinə toxunulub. Layihənin əvvəlki mərhələsində əldə edilən təcrübə və müşahidələrlə də bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, layihə keçmiş məcburi köçkünlərin könüllü, ləyaqətli və təhlükəsiz formada öz doğma torpaqlarına qayıdışının növbəti mərhələsini proqnozlaşdırmaq üçün əhəmiyyətli nəticələr ortaya qoyacaq. Əlavə edilib ki, yekun təklif və tövsiyələr hazırlanarkən görüş iştirakçılarının rəy və mülahizələri müvafiq qaydada nəzərə alınacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər