Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib - FOTO

Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib - FOTO

Sentyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

tehsilmedia.info xəbər verir ki, komitə sədri Bəxtiyar Əliyev gündəliyə üç məsələnin daxil edildiyini deyib.

O, əvvəlcə Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, iclaslarda 16 məsələyə baxılıb. Baxılan məsələlər barədə məlumat verən komitə sədri müzakirələrdən keçən qanun layihələrinin elm və təhsil sahəsində həyata keçirilən uğurlu islahatların hüquqi bazasının möhkəmləndirilməsinə xidmət etməsindən danışıb.

Keçən sessiyalar dövründə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclis tərəfindən ölkə və beynəlxalq miqyasda keçirilən tədbirlərdən söz açan Bəxtiyar Əliyev deputatların, o cümlədən komitə üzvlərinin bu tədbirlərdə fəal iştirakını qeyd edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə 227 müraciət daxil olub, onlarla bağlı müvafiq tədbir görülüb. Komitə sədri, həmçinin elm və təhsil sahəsinin aktual məsələləri ilə bağlı komitənin gördüyü işlərdən, keçirilən ictimai müzakirələrdən danışıb.

Elm və təhsil komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı barədə qeyd edilib ki, sənəddə komitəyə daxil olacaq qanun layihələrinə, həmçinin digər sənədlərə baxılması nəzərdə tutulub. İş planında “Ali təhsil haqqında” qanun layihəsinin də müzakirəsinin nəzərdə tutulduğunu deyən komitə sədri layihə ilə bağlı görülən işlər barədə məlumat verib.

“Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, sənəd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının 2023/2024-cü tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif olunub.

Gündəlikdəki məsələlərin müzakirəsində komitənin sədr müavini Musa Qasımlı, komitə üzvləri İsa Həbibbəyli, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Tamam Cəfərova, Müşfiq Məmmədli çıxış edərək komitənin cari ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər, payız sessiyası üçün iş planı ilə bağlı fikirlərini açıqlayıblar, rəy və təkliflərini səsləndiriblər.

Müzakirəyə çıxarılan qanun layihəsini təqdir edən deputatlar dəyişikliyi Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin, o cümlədən müharibə veteranlarına diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndiriblər.

Sonda komitə üzvləri 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işləri qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün komitənin iş planını təsdiqləyiblər. Həmçinin “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər