Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

AMEA-nın Naxçıvan Bölməsində Qərbi Azərbaycanla bağlı elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Qərbi Azərbaycanla bağlı elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Xalqımızın qədim yurd yeri: Qərbi Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.

AMEA-dan "tehsilmedia.info"a verilən məlumata görə, konfransı giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, əsrlər öncə ermənilər əzəli ərazilərimizə məqsədli köçürülmüş, sonralar tarixi torpaqlarımız hesabına “ərazilərini” genişləndirmiş, öz məkrli niyyətlərini həyata keçirmək üçün xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımlar törətmiş, deportasiyaya məruz qoymuşlar. Havadarlarının dəstəyi ilə öz planlarını reallaşdıran ermənilər Qərbi Azərbaycanda 499 Azərbaycan kəndini dağıtmış, 704 kəndin türk mənşəli adını dəyişmiş, bölgəni süni şəkildə erməniləşməyə məruz qoymuşlar.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları üçün apardığı uzaqgörən siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bölmə sədri ölkə başçısının 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü xatırladaraq bildirib ki, həmin tədbirdə Prezident İlham Əliyev geniş nitq söyləmiş, həmin çıxış Qərbi Azərbaycana qayıdışın təməlini formalaşdırmış, geri dönüşün reallaşması üçün istiqamətləndirici amil olmuşdur. Alim Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının artıq hazırlandığını və bu istiqamətdə bir çox işlərin görüldüyünü deyib.

Öz işinə məruzələrlə davam edən konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Göyçə-Dərələyəz elegiyası”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Qərbi Azərbaycanın qayaüstü təsvirlərinin Naxçıvan paralelləri”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva “Qərbi Azərbaycanın qoç və qoyun heykəlli qəbirüstü abidələri”, elmi işçi Aysel İsmayılova “Qərbi Azərbaycanın tarix-memarlıq abidələrində erməni vandalizminin izləri” mövzusunda məruzə ediblər.

Məruzələrdə Dərələyəz və Göyçə mahallarının əzəli Azərbaycan torpaqları olması faktına diqqət çəkilib, bölgənin tarixən türklərə məxsusluğu, buradakı türk mənşəli toponimlər, mövzu ilə bağlı tədqiqatçılar diqqətə çatdırılıb. Ermənilərin dəyişdirdiyi, yaxud təhrif etdiyi toponimlərimizin bir qismi sadalanaraq, həmin yer adlarının etimologiyası izah olunub. Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri, bu təsvirlərin ifadə etdiyi məzmun və süjet xəttinin ümumtürk təfəkkürünə məxsusluğundan bəhs olunub. Qarakilsə təsvirləri ilə Gəmiqaya qayaüstü təsvirlərinin ortaq səciyyəvi xüsusiyyətləri iştriakçıların diqqətinə çatdırılıb. Urud kəndində qeydə alınmış 100-ə yaxın qoç heykəlli qəbirüstü abidələrinin türk inanc sistemində yerindən söz açılıb. Həmin abidələrin prototürk mədəniyyətinə aid olması, türk mənşəli etnosların bölgənin yerli əhalisi olması faktı əsaslandırılıb.

Erməni vandalizminə məruz qalmış Sərdar qalası, Sərdar məscidi, Abbas Mirzə məscidi, Aşıq Ələsgərin qəbirüstü abidəsi və başqa tarix-memarlıq abidələrimizin inşa tarixi, memarlıq xüsusiyyətləri və dağıdılması barədə məlumat verilib.

Tədbirə yekun vuran akademik İsmayıl Hacıyev Qərbi Azərbaycan, o cümlədən Zəngəzurla bağlı konfransların növbəti aylarda da keçirilməsinin vacibliyini vurğulayıb, müəyyən təkliflər irəli sürüb.

Oxşar xəbərlər

Bütün xəbərlər