Xəbər lentiwidget-title-icon

Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"

Qərbi Azərbaycanın mədəni-ədəbi mühitinə həsr edilmiş elmi konfrans keçirilib

Qərbi Azərbaycanın mədəni-ədəbi mühitinə həsr edilmiş elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan mədəni-ədəbi mühiti: öyrənilməsi və qarşıda duran vəzifələr” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə "tehsilmedia.info”a AMEA-dan bildirilib.
Konfransı giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
İsmayıl Hacıyev Prezident İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan olan bir qrup ziyalı ilə görüşünü xatırladaraq bildirib ki, həmin tədbirdə geniş nitq söyləyən ölkə başçısı Qərbi Azərbaycan torpaqlarının ölkəmizdən qoparılması tarixinə nəzər salıb, məsələnin mahiyyətini geniş təhlil edib. Həmin çıxış Qərbi Azərbaycana qayıdışın təməlini formalaşdırıb, geri dönüşün reallaşması üçün istiqamətləndirici amil olub.
Alim çıxışı zamanı ermənilərin əzəli torpaqlarımıza məqsədli köçürülməsindən, uydurma “Böyük Ermənistan” ideyasının gerçəkləşməsinə can atmalarından, bu məqsədlə soydaşlarımızın kütləvi qırğınlara, soyqırımlara və deportasiyaya məruz qalmasından danışıb.
Vətən müharibəsindən sonra Ermənistanla sülh sazişi ilə bağlı danışıqların son vəziyyəti barədə konfrans iştirakçılarını məlumatlandıran bölmə sədri deyib ki, Ulu Öndər Heydər Əliyevin soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları üçün apardığı uzaqgörən siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qərbi Azərbaycan torpaqlarına qayıdışla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında da Tədbirlər planının təsdiq olunduğunu xatırladan İsmayıl Hacıyev bildirib ki, həmin tədbirlər planına əsasən AMEA-nın Naxçıvan Bölməsinin üzərinə müəyyən vəzifələr qoyulub. Akademik həmin vəzifələrin icrası məqsədilə bölmə əməkdaşları tərəfindən görülmüş və icrası davam edən işlərdən danışıb.
Öz işinə məruzələrlə davam edən konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “İrəvan mədəni-ədəbi mühiti”, Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Saxta erməni siyasəti və tarixi adlarımız”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Dərələyəz mədəni-ədəbi mühiti”, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova “Zəngəzur folklorunda milli-etnik yaddaş”, Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “Qərbi Azərbaycan şivələrinin öyrənilməsi məsələləri” mövzusunda məruzə ediblər.
Məruzələrdə torpaqlarımıza köçürüldükdən sonra ermənilərin irəli sürdükləri əsassız ərazi iddialarından, erməni vilayətinin yaradılması ilə əzəli torpaqlarımızın işğal prosesinin başlamasından söz açılıb.
Vurğulanıb ki, bu şovinist siyasət İrəvandakı ziyalılara da öz mənfi təsirini göstərib, buradakı mədəni-ədəbi mühitə ağır zərbə vurub. Təhsil, mədəniyyət, mətbuat və başqa sahələrdə təzahür edən milli ayrıseçkilik İrəvanın mədəni irsinin məhvinə xidmət edib.
Məruzələrdə, həmçinin Dərələyəz mədəni-ədəbi mühitinin, Göyçə aşıq məktəbinin tanınmış simaları haqqında məlumat verilib. Söz ustadlarının yaradıcılığında vətən sevgisindən doğan ürək yanğısının ifadə olunduğu əsərlərə diqqət çəkilib.
Zəngəzur folklorunun özünəməxsusluğu, xalq təxəyyülünün məhsulu olan folklor nümunələri, xüsusilə bayatılar barədə geniş şərh verilib.
Qərbi Azərbaycan şivələrinin fonetik, leksik, qrammatik baxımdan öyrənilməsi ilə bağlı aparılan tədqiqatlardan bəhs olunub.
Konfransın sonunda dinləyicilərin sualları cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər