BDU-nun bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı davam edir

Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir.
Bu barədə "tehsilmedia.info"a universitetdən bildirilib.
BDU-ya qəbul olan abituriyentlər sentyabrın 5-dən portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçirlər.
Bu günə qədər 4343 abituriyent qeydiyyat prosesindən keçib.
Məlumat üçün bildiririk ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.



























