Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

UNEC-də növbəti konfrans keçirilib

UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sankt-Peterburq şəhərində "Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Bu barədə universitetdən tehsilmedia.info-a məlumat verilib.

Bildirilib ki, konfransın məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında  əməkdaşlığa qazandırdığı nailiyyətləri təhlil etmək, o cümlədən iki ölkənin iqtisadi, enerji və mədəni əməkdaşlıq layihələrini müzakirə etmək olub.

Beynəlxalq konfransda UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya və Azərbaycanın dövlət nümayəndələri, ictimai xadimlər, rus və azərbaycanlı icmaların nümayəndələri, tədqiqatçı və ekspertlər iştirak ediblər.

Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (SPbDİU) rektoru prof.İqor Maksimtsev konfransın açılışında çıxış edərək, Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq münasibətlərindən danışıb. Bu qarşılıqlı əməkdaşlıqda universitetlərin xüsusi rolunu diqqətə çatdırıb.

Rektor prof. Ədalət Muradov 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində ümummilli liderə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Konfransın Sankt Peterburq şəhərindən keçirilməsinin iki əsas məqamını diqqətə çatdıran rektor, ulu öndərin bir zamanlar bu şəhərdə ali təhsil aldığını iştirakçıların diqqətinə çatdırıb. Həmçinin UNEC-in  əvvəllər SPbDİU-nun Bakı şəhərindəki filialı kimi fəaliyyət göstərdiyini qeyd edib. Ədalət Muradov konfransın hər iki universitet arasındakı yeni əməkdaşlığın inkişafına töhfələr verəcəyindən əminliyini ifadə edib.

Beynəlxalq konfransda ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti və misilsiz xidmətləri haqqında maraqlı məruzələr dinlənilib. Plenar iclasda UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə Olunması Departamentinin direktoru professor Zahid Məmmədovun Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu haqqında məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Konfrans çərçivəsində "Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq: Heydər Əliyevin rolu və inkişaf üçün yeni impulslar” mövzusunda təşkil olunan dəyirmi masada Rusiya və Azərbaycan arasında Avrasiya mədəniyyətlərinin dialoqu, təhsil və elm, iqtisadiyyat və sənaye, enerji və logistika sahələrində əməkdaşlığın yeni imkanları nəzərdən keçirilib. UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova və Tətbiqi iqtisadiyyat kafedrasının müdiri dos.Sevinc Abbasova təmsil etdikləri fakültə və kafedranın fəaliyyəti ilə bağlı çıxış ediblər.

Konfransda UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektorları arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənədə əsasən, tərəflər arasında müəllim və tələbələrin akademik mübadilələrinin stimullaşdırılması, birgə təhsil proqramlarının hazırlanması, elmi konfransların təşkili, tədqiqatların aparılması və elmi məqalələrin nəşri nəzərdə tutulub.

Səfər zamanı UNEC kollektivi ümummilli lider Heydər Əliyevin Sankt Peterburqdakı Xatirə lövhəsini ziyarət edərək, önünə güllər düzüblər, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər