Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "tehsilmedia.info"a institutdan bildirilib. Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açaraq Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən, xalqımız qarşısında tarixi xidmətlərindən danışıb.

Akademik Yaqub Mahmudov Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edərək bildirib ki, Ulu Öndər haqqında ən doğru məlumat onun özünün qoyduğu izdir. Bildirib ki, Ulu Öndərin gördüyü işlər onun haqqında ən qiymətli əsərlərdir. O qeyd edib ki, Heydər Əliyev SSRİ dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə vətəninin, millətinin gələcəyi üçün çalışırdı. "Qürurluyam ki, Ulu Öndər məni Azərbaycanın böyük alimi adlandırmışdı. Mənim bir sıra fəxri adlarım var, amma ən qiymətlisi onun mənə verdiyi dəyərdir”, - deyə akademik vurğulayıb. Yaqub Mahmudov Heydər Əliyevin Yeni Azərbaycanın və Azərbaycan tarixinin qurucusu, Yeni Azərbaycan Partiyasının banisi olduğunu söyləyib. Bildirib ki, Ulu Öndər Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir.

"Bir sıra tarixi şəxsiyyətlər qurtuluş mübarizəsinə öz vətənlərində başlayıblar, Heydər Əliyev isə təqib olunduğu, ali vəzifədən uzaqlaşdırıldığı vaxtlarda Moskvada, imperiyanın paytaxtında mübarizəyə başladı”, - deyə o qeyd edib. Yaqub Mahmudov Ümummilli Liderin öz zəkasının gücünə sovet sisteminin rəhbərlərinin biri səviyyəsinə yüksəldiyini qeyd edib. Bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlətlər yarandı, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi gündəmə gəldi, daxili ixtişaşlar başladı. O vəziyyətdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və bugünkü Azərbaycanı yarada bildi. Qeyd edib ki, Heydər Əliyevin digər tarixi şəxsiyyətlərdən fərqi o idi ki, onun hərbi qüvvəsi, maliyyə imkanı yox idi. Lakin onun dövlətçilik təcrübəsi, bacarığı var idi və sovet sistemini dərindən bilirdi, onlara qarşı necə mübarizə aparmalı olduğunu da bilirdi. Heydər Əliyev qədim və müasir dövlətçiliyimizi ən uca zirvəyə yüksəldən tarixi şəxsiyyət olub. Rusiyada qabaqcıl ziyalılar Ümummilli Lideri hakimiyyət ustası adlandırırdılar.

O, Azərbaycan ərazisinin guya ermənilərə məxsus olduğunu göstərmək üçün onlar tərəfindən görülən məkirli tədbirlərdən, çap olunan yalançı atlaslardan bəhs edib. Akademik bu yalanların qarşısını almaq məqsədilə Ulu Öndərin gördüyü tədbirlərdən danışıb. Yaqub Mahmudov Heydər Əliyevin İrəvan xanlığının tarixini yazılması, ümumiyyətlə, Azərbaycanın son 200 illik tarixinin yazılması üçün tapşırıqlar verdiyini qeyd edib.

Oxşar xəbərlər

Bütün xəbərlər