Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

ADU-nun təcrübədə olan tələbələri AMEA-da dəyirmi masa keçiriblər

ADU-nun təcrübədə olan tələbələri AMEA-da dəyirmi masa keçiriblər

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun "Tarixi etnoqrafiya” şöbəsində istehsalat təcrübəsi keçən tələbələri elmi rəhbərləri, Regionşünaslıq kafedrasının müəllimi Günay Feyziyeva ilə birgə "Heydər Əliyevin təhsil siyasəti” mövzusunda dəyirmi masa keçiriblər.

ADU-dan "tehsilmedia.info"a bildirilib ki, tədbiri Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva açıb. Professor S. Əliyeva çıxışında Ulu öndər rəhbərlik etdiyi dövrdə Azərbaycanda təhsilin müxtəlif sahələrinin inkişafına xüsusi diqqət yetirdiyini, gənclərin dövrə uyğun yüksək səviyyədə təhsil alması, yaxşı mütəxəssislər olması üçün çox sayda tədbirlər həyata keçirdiyini qeyd edib.

Tədbirdə iştirak edən t.ü.f.d. Kamran İsmayılov xaricdə təhsilin üstünlüklərindən, Respublikanın gələcək inkişafına yönəlmiş bir siyasət olduğundan danışıb.

Çıxışı zamanı o, tələbələrə Azərbaycan prezidenti İlham Əliyevin  dövlət proqramına əsasən qərb ölkələrinə gənclərin təhsil almaq üçün göndərməsi siyasətinə yüksək qiymət verdiyini vurğulayıb.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun "Tarixi Etnoqrafiya” şöbəsinin müdiri, t.e.d. İlhamə Məmmədova çıxışında Ulu öndərin xaricə tələbə göndərmə siyasətindən danışarkən, xaricidə təhsilin tarixinə də toxunub:

 "Heydər Əliyevin xaricə tələbə göndərmə siyasəti  uzunmüddətli inkişafa xidmət edir, Ulu öndərin Vətəninə, xalqına olan sevgisindən irəli gəlirdi. Azərbaycan tarixində xaricə tələbə göndərilməsi hələ Qacarlar dövründən məlumdur. XIX əsrin əvvəllərində Rus-İran müharibəsində məğlub olan ölkəni dirçəltmək üçün islahatlara başlandı. Qacarların vəliəhdi vətən sevgisi ilə yanan Abbas Mirzə Təbrizdən bir sıra gəncləri Avropaya, Peterburqa oxumağa göndərdi. Bu yolla çap sənəti, fotoqrafiya, dəqiq elmlər üzrə mütəxəssislər yetişdirildi. Ölkəyə qayıdan məzunların sayəsində islahatlar həyata keçirdi. İranda ilk çapxananı açdı.”

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Qafqaz üzrə 458 –ci qrup tələbəsi Ayparə Səfərli "Heydər Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edərək, Ulu öndər Heydər Əliyevinin hakimiyyət illərində gənclərə yönəlik dövlət siyasətinin İlham Əliyevin hakimiyyəti dövründə də davam etdiyini bildirib.

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Qafqaz üzrə 458-ci qrup tələbəsi Sevinc Dadaşova isə  "Heydər Əliyevin Azərbaycan təhsil quruculuğunda rolu” mövzuda çıxışında təhsil sahəsində görülən işlərin, layihələr və sərəncamın elmin inkişafındakı önəmindən bəhs edib. Eyni zamanda Heydər Əliyevin hakimiyyət illərində təhsil sahəsində imzalanan sərəncamlar haqqında məlumat verib.

Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev təhsilin elmlə vəhdətini əsaslandıraraq bildirib ki, təhsilə yüksək qiymət verilməsi elmin inkişafını təmin edir. Ulu öndərin Təhsil və elmə daim diqqət yetirməsi Azərbaycan Respublikasının bugünkü inkişafına müsbət təsir göstərmişdir.

Oxşar xəbərlər

Bütün xəbərlər