Xəbər lentiwidget-title-icon

Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF

BDU-da “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib - FOTO

BDU-da “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi və Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib.

BDU-dan "tehsilmedia.info"a bildirilib ki, əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə ölkəmizdə gənclər siyasətinin əsasını qoyub, peşəkar gənc kadrların hazırlanmasında müstəsna rol oynayıb: “Həmin dövrdə bütün çətinliklərə baxmayaraq Azərbaycanda hərbi liseyin yaradılması, minlərlə gəncin ittifaqa daxil olan respublikaların nüfuzlu ali məktəblərinə göndərilməsi Ulu Öndərin tarixi xidmətləridir”. Aqil Məmmədov müstəqillik illərində gənclər siyasətinin formalaşdırılması və inkişaf etdirilməsindən bəhs edib, gənclərlə bağlı dövlət qurumlarının yaradılması, bu sahənin qanunvericilik bazasının formalaşdırılması barədə tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkə gənclərinin potensialının üzə çıxarılmasında, onların xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almalarında, beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə etmələrində dövlətimizin müstəsna dəstəyindən bəhs edib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Azərbaycanın vətənpərvər gəncləri ilə bütün xalqımızın qürur duyduğunu bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz Vətən müharibəsində tarixi qələbəyə imza atdılar, şəhidlik, qazilik zirvəsinə ucaldılar”.

Tədbirdə BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov, İnformasiya və sənəd menecmenti fakültəsinin magistrantı Ləman Eyyubova Ulu Öndərin gənclər siyasətinin hazırda mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşadığını bildiriblər. Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirdiyini, ölkə rəhbəri tərəfindən gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda formalaşması, yüksək təhsil almaları, sosial müdafiələri ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıblar.

BDU-da “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib - FOTO
BDU-da “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib - FOTO
BDU-da “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib - FOTO
BDU-da “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib - FOTO
BDU-da “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib - FOTO
BDU-da “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər