Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

ECAR layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin növbəti iclası ADPU-da keçirilib

ECAR layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin növbəti iclası ADPU-da keçirilib

Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) özünün də tərəfdaşlarından biri olduğu "ERASMUS+ K2” proqramı üzrə "Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı layihə çərçivəsində Elmi işlər üzrə komitənin iclası keçirilib.

Bu barədə "tehsilmedia.info"a ADPU-dan bildirilib.

Hibrid formada keçirilmiş tədbirdə layihə üzrə tərəfdaş ali məktəblərin sözügedən komitənin üzvü olan məsul şəxsləri iştirak ediblər.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rektorun adından salamlayıb və iclasın işinə uğurlar arzu edib. Prof. Asəf Zamanov ADPU-nun professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti, elmi işlərin təşkili ilə bağlı mövcud vəziyyət haqqında danışıb, universitetin mövcud təcrübəsini bölüşüb, təkliflərini bildirib.

Layihə çərçivəsində yaradılmış Elmi işlər üzrə komitənin sədri, BMU-nun elmi işlər üzrə prorektoru dos. Elçin Süleymanov iclasda iştirak edənləri salamlayıb, tədbirin təşkilatçılarına təşəkkürünü çatdırıb. Vurğulanıb ki, bu iclas komitənin 2023-cü il üçün iş planına uyğun olaraq keçilir və əsas məsələ Azərbaycan ali təhsil müəssisələrində Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin təşkili və Azərbaycan ali təhsil müəssislərində elmi işlərin təşkili ilə bağlı mövcud normativ-hüquqi bazanın araşdırılması və onun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasına həsr olunub.

Daha sonra layihə üzrə tərəfdaş ali məktəblərin, o cümlədən iclasa onlayn formada qoşulan region universitetlərinin prorektorları çıxış edərək təmsil etdikləri universitetlərdə göstərilən məsələlərlə bağlı mövcud vəziyyət haqqında məlumat verərək təkliflərini səsləndiriblər.

Sonda iclasda irəli sürülən fikir və təkliflərin ümumiləşdirilməsinin, rəylərin nəzərə alınmasının vacibliyi, növbəti iclasın mövzusu üzrə hazırlıq və s. kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə 15 yerli tərəfdaş universitet və Avropadan olan ali məktəblər, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə yerli və Avropa ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.

Oxşar xəbərlər

Bütün xəbərlər