Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

BDU tələbələrinin Məzun Günü tədbiri keçirilib

BDU tələbələrinin Məzun Günü tədbiri keçirilib

İyunun 23-də Bakı Dövlət Universiteti (BDU) tələbələrinin Məzun Günü keçirilib.

tehsilmedia.info xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məzunları təbrik edən BDU-nun rektoru Elçin Babayev deyib: “Təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı olan və 104 illik zəngin tarixə malik Bakı Dövlət Universitetinin məzunları sırasında elmə, mədəniyyətə, siyasətə layiqli töhfələr verən dahi və görkəmli şəxsiyyətlər çox olub. BDU-nun ən böyük məzunu, heç şübhəsiz, bu il 100 illik yubileyini həm ölkə daxilində, həm də ölkə xaricində böyük təntənə ilə qeyd etdiyimiz dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevdir. Ulu Öndər “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” deməklə universitetimizə ən böyük qiymətini vermişdir. Həmişə fəxr edək və qürur duyaq ki, Ümummilli Liderimiz Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universiteti ailəsinin üzvləriyik və sizlər bu müqəddəs ali təhsil ocağından məzun olursunuz. Ulu Öndərin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universiteti 1919-cu ildə cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başladı. Bu gün isə universitetimizdə 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25 minə yaxın tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 21 elmi-tədqiqat, 23 tədris laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavriat səviyyəsində 84 ixtisas, magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Bu gün 5000-dən çox tələbəmiz universitetimizdən məzun olur”.

E.Babayev BDU-nun beynəlxalq əlaqələrindən və uğurlu layihələrindən, ikili diplom proqramı və nailiyyətlərindən də söz açıb.

“Əziz məzunlar! Milli-mənəvi dəyərlərə, tarixi kökə bağlılıq, vətənpərvər ruhda tərbiyə, elmi-intellektual potensialın və gənclərin dövlət idarəçiliyində rolunun artırılması, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin yararlanması üçün möhkəm əsasların yaradılması məhz Prezident İlham Əliyevin uğurlu siyasətinin strateji hədəfləridir. Ölkə Prezidentinin rəhbərliyi və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə ölkədə elm və təhsilin inkişafı üçün atılan addımlar, yüksək ixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər dövlətimizin inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Siz bu hərəkatın ən yaxşı daşıyıcıları olacaqsınız. Əminəm ki, BDU ailəsinin layiqli üzvü kimi hər biriniz fəaliyyət göstərəcəyiniz sahədən asılı olmayaraq hər yerdə və hər zaman təhsil ocağımızın adını uca tutacaqsınız. Biz öz məzunlarımızla qürur duyuruq. Əminik ki, valideynlərinizin, müəllimlərinizin və dövlətimizin sizə bəslədiyi böyük ümidləri doğruldacaqsınız”, - deyə rektor bildirib.

Sonra tələbələrin ifasında Bakı Dövlət Universitetinin himni səsləndirilib, Ulu Öndər və BDU haqqında videoçarx nümayiş etdirilib.

Xalq Artisti Ağadadaş Ağayevin ifasında “Xalqım Heydər deyəcək, xalq Heydər söyləyəcək” mahnısı səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O, BDU-nun Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini deyib: "Siz qalib xalqın qalib gənclərisiz. Həyatınızın bu mərhələsini uğurla tamamlayıb növbəti mərhələyə qədəm qoyursunuz. Hər birinizə uğur olsun”.

BDU-nun İctimai Nəzarət Şurasının sədri, Milli Məclisin deputatı Arzu Nağıyev, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü Bəxtiyar Aslanbəyli, Xüsusi Təyinatlı Qüvvələrin komandanının müavini, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov, Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov (onlayn), BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Mətanət Abdullayeva, valideynlər adından Kərim Kərimov və digər çıxış edənlər də məzunları təbrik edərək, onlara xoş arzularını bildiriblər.

Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 33 məzuna sertifikat və hədiyyələr təqdim edilib. Xatirə lövhəsinə ən yüksək ÜOMG olan BDU tələbələrinin adları həkk edilib.

Tədbirdə daha bir ilk yaşanıb. Eyni anda “Məzun günü” keçirən BDU, İstanbul Texniki Universiteti və Azərbaycan Texniki Universiteti (AzTU) ortaq bağlantı yaradıblar. İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, BDU rektoru Elçin Babayev və AzTU-nun rektoru Vilayət Vəliyev 3 universitetin məzunlarını təbrik edib, Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənəcəyini bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Fəridə Ağaxanlı

Oxşar xəbərlər

Bütün xəbərlər