Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Azərbaycan Universitetində yeni ixtisaslar açılıb

Azərbaycan Universitetində yeni ixtisaslar açılıb

Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili üçün qəbul planına yeni ixtisaslar əlavə olunub. İş dünyasının tələb və öncəlikləri nəzərə alınaraq bu ildən başlayaraq bakalavriat səviyyəsində “Korreksiyaedici təlim” ixtisası, magistratura səviyyəsində isə 26-cı proqramda yer alan “Heyətin idarə edilməsi” və “Menecment (sahələr üzrə)” ixtisaslaşmaları üzrə kadr hazırlığına start verilir.

Universitetdən tehsilmedia.info-a bildirilib ki, III ixtisas qrupunda yer alan “Korreksiyaedici təlim” xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrlə aparılan işin yüksək peşəkarlıqla qurulmasına yönələn çox vacib peşə sahəsidir. Onların təlim-tərbiyəsi, reabilitasiyası və fəal həyata adaptasiyası təhsil sahəsində xüsusi yanaşma tələb edən sahələrdəndir. “Korreksiyaedici təlim” ixtisası məhz bu sahə üzrə mütəxəssislər hazırlayır.

III ixtisas qrupunda yer alan “Sosial iş” ixtisasının tədrisi indiyə qədər Azərbaycan dilində aparılırdı. Bu ildən başlayaraq isə ingilis bölməsi üzrə də tələbə qəbulu həyata keçiriləcək. Bu ixtisasın tədris planı 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. Bu, həm Azərbaycan Universitetinin, həm də ölkədə “Sosial iş” ixtisasının tarixində bir ilkdir.

II ixtisas qrupunda plan yerləri artıb. Bu qrupda digər bir yenilik isə ondan ibarətdir ki, “Biznesin idarə edilməsi” ixtisasına qiyabi təhsil formasında da tələbə qəbulu həyata keçiriləcək.

I ixtisas qrupunda yer alan “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisi bu ildən başlayaraq Azərbaycan dili ilə yanaşı ingilis dilində də aparılacaq. İngilis bölməsi üzrə 10 yer ayrılıb. Bu qrupda yer alan “İnformasiya texnologiyaları” ixtisasına tələbə qəbulu indiyə qədər yalnız əyani formada olub. Yeni tədris ilindən isə qiyabi təhsil formasında da kadr hazırlığına başlanır.

Magistratura səviyyəsində 26-cı proqram üzrə 2 yeni ixtisaslaşma açılıb. Bunlar “Heyətin idarə edilməsi” və “Menecment (sahələr üzrə)” ixtisaslaşmalarıdır. Qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılacaq.

Qəbul planında daha bir yenilik öz əksini tapıb. Belə ki, Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında cari ildə imzalanan müqaviləyə əsasən MBA proqramının “Marketinq” istiqaməti üzrə ikili diplom proqramı həyata keçiriləcək. Bununla da Azərbaycan Universitetinin beynəlxalq ikili diplom proqramlarının sayı 2-yə çatıb. Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (XNURE) arasında 2019-cu ildə imzalanan müqaviləyə əsasən “Kompüter mühəndisliyi” istiqaməti üzrə bakalavriat və magistratura səviyyələrində beynəlxalq ikili diplom proqramı tətbiq olunur.

Abituriyentlərin nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Bakalavriat səviyyəsi üzrə bütün ixtisaslara, magistratura səviyyəsi üzrə isə MBA xaricində bütün ixtisaslaşmalara dövlət sifarişi ilə (ödənişsiz) qəbul mümkündür. Bakalavriat pilləsində ingilis dilində tədris olunan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili üçün bakalavriat və magistratura səviyyələri, həmçinin MBA proqramına tələbə qəbul planı ilə keçidə daxil olaraq tanış ola bilərsiniz.

Bakalavriat səviyyəsinə tələbə qəbulu planı:

https://au.edu.az/az/admission/bakalavriata-gebul

Magistratura səviyyəsinə tələbə qəbulu planı:

https://au.edu.az/az/admission/magistraturaya-qebul

Oxşar xəbərlər

Bütün xəbərlər