Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

UNEC-in I qrant müsabiqəsinin nəticələri açıqlanıb

UNEC-in I qrant müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) I qrant müsabiqəsinin qalibi olan “Universitet-Dövlət-Sənaye (UDS) əlaqələrində kommunikasiya problemi: Kim nə istəyir” mövzusunda tədqiqat layihəsinin nəticələrinin təqdimatı keçirilib.

Universitetdən "tehsilmedia.info"a bildirilib ki, tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, millət vəkili, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev, UNEC Tədqiqat Fondunun prezidenti Fərhad Əmirbəyov, elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Rektor Ədalət Muradov UNEC-in daxili vəsaiti hesabına ilk dəfə olaraq qrant müsabiqəsinin keçirildiyini diqqətə çatdıraraq, müsabiqədə reallaşdırılan 6 layihənin qiymətləndirilməsinin universitetdənkənar qurum tərəfindən aparıldığını qeyd edib. Qalib olan layihənin mövzusunun aktuallığından bəhs edən rektor, layihəni icra edən UNEC Empirik Tədqiqatlar Mərkəzinin və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçılarına təşəkkürünü bildirib. Rektor UDS əlaqələrinin qənaətbəxş olmadığını, tədqiqat zamanı bu istiqamətdə təhlillərin aparıldığını və tədqiqatın nəticələrin çap olunduğu kitabın universitetlərə, AMEA və ETN-nın elmi tədqiqat institutlarına, müvafiq özəl sektor nümayəndələrinə təqdim ediləcəyini deyib.

Millət vəkili Etibar Əliyev universitetlərin qrant layihələrinə cəlb olunmasının, UDS əlaqələrinin genişləndirilməsinin vacibliyindən danışıb. Aparılan tədqiqatların davamlılığının yeni layihələrin ərsəyə gəlməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Layihənin icraçısı, Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dosent Altay İsmayılov tədqiqatla bağlı önəmli məqamları diqqətə çatdırıb. O, UDS əlaqələrində kommunikasiyanın zəif olduğunu vurğulayaraq, biliktutumlu və innovasiyaya əsaslanan məhsulların hazırlanmasının vacibliyindən danışıb.

UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, kafedra müdiri dosent Xətai Alıyev reallaşdırılan layihə barədə təqdimatla çıxış edib, UDS əlaqələrində mövcud olan problemlər və onların həlli yollarından, aparılan sorğular və təhlillərdən danışıb. Təhlilin nəticəsinə görə, Universitet-Dövlət-Sənaye əlaqələrində problemin əsasən tərəflərararası inamsızlıq və tarixi trayektoriyalardan asılılıqdan qaynaqlandığı bildirib.

Təqdimatdan sonra tədqiqatla bağlı suallar cavablandırılıb, təkliflər səsləndirilib. Tədbir Universitet-Dövlət-Sənaye (UDS) əlaqələrində kommunikasiyanın qurulması ilə bağlı müzakirələrlə davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər