Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

UNEC-in “Gələcəyin tədqiqatçıları” adlı qrant layihəsi uğurla yekunlaşıb

UNEC-in “Gələcəyin tədqiqatçıları” adlı qrant layihəsi uğurla yekunlaşıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) reallaşdırdığı “Gələcəyin tədqiqatçıları” adlı qrant layihəsi uğurla yekunlaşıb.

Universitetdən bildirilib ki, UNEC Tədqiqat Fondunun maliyyələşdirdiyi və UNEC Empirik Tədqiqatlar Mərkəzi tərəfindən icra olunan layihənin yekun hesabat tədbirində universitet rəhbərliyi, müəllim-tələbə heyəti ilə yanaşı, AMEA-nın müxbir üzvü, tanınmış elm xadimi, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti professor Rafiq Əliyev də iştirak edib.
Rektor professor Ədalət Muradov UNEC-də elmi fəaliyyətlə bağlı görülən işlərdən və stimullaşdırıcı tədbirlərdən söz açıb: “UNEC-də elmi fəaliyyətin layihələr əsasında maliyyələşdirilməsi məqsədilə ilk dəfə olaraq, iki il öncə universitetin daxili vəsaiti hesabına qrant layihəsi həyata keçirdik. Nəticələr onu deməyə əsas verir ki, bu modeli tətbiq etməklə, böyük uğurlar əldə etmək mümkündür”.
“Gələcəyin tədqiqatçıları” layihəsi barədə məlumat verən rektor bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərdən danışıb. Layihənin UNEC-də gənc alimlər yetişdirən institutun formalaşdırılması, gənclərin elmə marağının artırılması, onlara tədqiqat aparmaq, eləcə də nüfuzlu elmi jurnallarda məqalə yazmaq bacarığının aşılanması məqsədilə reallaşdırıldığını diqqətə çatdırıb.

Sonra UNEC Empirik Tədqiqatlar Mərkəzinin (ETM) rəhbəri dosent Xətai Alıyev qrant layihəsi çərçivəsində görülən işlər barədə hesabatla çıxış edib. Bildirib ki, layihədə 19 tələbə müxtəlif istiqamətləri əhatə edən aktual mövzular üzrə tədqiqatlar aparıblar. Layihənin proqramı və qiymətləndirmə meyarları dövlət proqramı çərçivəsində UNEC tərəfindən razılıq məktubu ilə Böyük Britaniyanın Qlazqo Universitetində doktorantura təhsili alan Nicat Muradzadə tərəfindən hazırlanıb. Layihə çərçivəsində tələbələrə mentorluq dəstəyi də göstərilib.
Tədbirdə iştirak edən tanınmış elm xadimi professor Rafiq Əliyev UNEC-də elmi fəaliyyətin artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib: “İqtisad Universitetində illər öncə keçirilən elmi tədbirlərdə iştirak etsəm də, həmin dövrlərdə Web of Science, Scopus kimi bazalarda elmi məqalələrin dərc olunması ilə bağlı müzakirələrin aparılmasının şahidi olmamışam. Son illər UNEC-də bu istiqamətdə görülən işlər və əldə olunan nəticələr məni çox sevindirir”. Professor Rafiq Əliyev elmi fəaliyyətlə bağlı gənclərə tövsiyələrini verib, eləcə də elmin klasterləşdirilməsi modeli ilə bağl fikirlərini bölüşüb.

Professor Rafiq Əliyev elmi fəaliyyətlə bağlı gənclərə tövsiyələrini verib, eləcə də elmin klasterləşdirilməsi modeli ilə bağl fikirlərini bölüşüb.
Çıxışlardan sonra gələcək elmi potensialın formalaşdırılmasını hədəfləyən Bs, Ms və PhD təhsilinin digərlərindən (BBA, MBA və DBA) fərqləndirilməsi, Bs, Ms və PhD arasında keçidin təmin edilməsi, elmi layihələrin müsabiqə əsasında maliyyələşdirilməsinə keçid, gənc tədqiqatçılar üçün xüsusi dəstək proqramının tədbiqi barədə təkliflər səsləndirilib.
Sonda layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər