Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Həbib Kərimovun qorumaqdan bezmədiyi "şəxsiyyət"lər bitmir ki bitmir...

Həbib Kərimovun qorumaqdan bezmədiyi "şəxsiyyət"lər bitmir ki bitmir...

Yaxşı ki, Allah dəvəyə qanad verməyib, yoxsa uçurmadığı dam qalmaz...

Deməli, vəzifəyə hərislik, şöhrətpərəstlik, diktator rejimi və avtoritar idaretmə havasına alışanlar hələ də sağlam mühitə dönmüş demokratik rejimlə idarəetmə havasına alışanlar idarəetməni həzm edə bilmir və başında “fırlanan kreslo” sevdası ilə öz mənəmliyini həyata keçirmək üçün səlahiyyətlərindən sui-istifadə edirlər.

tehsilmedia.info xəbər verir ki, Sumqayıt şəhər İnternat tipli gimnaziyanın kollektivi adından Təhsil Nazirliyinə müraciət olunub. Bildirilib ki, artıq beş ildir ki, gimnaziyanın daimi direktoru yoxdur. Nazirlik tərəfindən təyin edilən direktor əvəzi olaraq gələnlərin heç biri qalıb işləmək istəmir. Buna səbəb məktəbdəki iki direktor müavininin qanunsuz əməlləri, özbaşınalıqları və törətdiyi əməllərə görə hələ də cəzasız qalmalarıdır.
Belə ki, İsmayıl Əliyevin dövründən (2012-2013) başlayan özbaşınalıqlar - bülletendə olan dərs və tərbiyə saatlarının mənimsənilməsi hələ də davam etməkdədir.
İsmayıl Əliyev vəzifədən çıxarıldıqdan sonra hər iki müavin məktəbi təhsil qanunları ilə deyil, öz mənafeləri və acgözlüklərinə uyğun idarə etməyə başlayıblar. Məktəb onların şəxsi biznesinə çevrilib.
İ.Əliyevin dövründən gimnaziyanın yataqxasında baş verən uşaq zorlanması və dayənin döyülməsi kimi cinayət tərkibli əməllər də cəzasız qalıb və ört-basdır edilib.
İsmayıl Əliyev Həbib Kərimov üçün elə dəyərli olub ki, onun müdafiəsi ilə nazirlik tərəfindən Maştağa qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli inernat məktəbinə rəhbər təyin olunub. Bu uşaqların valideyni olmadığı üçün çox arxayındırlar ki, burada uşaq zorlanması kimi hallar baş verərsə, üstü açılmayacaq və yaxud açılsa belə, ondan hesabat alan valideyn olmayacaq.

Bu şəxslər gimnaziya kollektivini əsarətində saxlamaq üçün tabe olmayanları şəxsən hüzuruna çağırıb ailə-məişət zəminində tam əlaqəsiz mövzularla sındırmağa çalışıblar.
Bu tip idarəetmə ilə onlar kimi aldadır?
Özlərini yoxsa tabeliyində saxlamaq istədikləri saf təfəkkürləri?...
Həbib Kərimovun qanadının altında qoruduğu şəxs cəzasız qalacağından o qədər əmindir ki, direktorun etibarsız elektron imzasıyla üç tanışını işə götürüb. Lakin edilən şikayətdən sonra H. Kərimov gecəylə məktəbə gəlib həmin şəxslərin işinə xitam verib. Bu qanunsuzluğa görə heç bir cəza almayan müavinin ayağının altı yer alır.
Bundan əlavə ayağının altı yer almış müavin ona qarşı çıxan müəllimləri şər və böhtanla bir-birləri ilə düşmən edib. Daha sonra müəllimlərə ağ vərəqlər imzaladıb. Sonra həmin vərəqləri öz istəyi ilə şər və böhtan xarekterli esselərlə doldurub.
Hətta onun özbaşınalığı ilə razılaşmayan müəllimləri Təhsil Nazirliyinin adından həbs etdirəcəyini, üzərlərinə külli miqdarda pul cəzası veriləcəyini, ən yaxşı halda isə işdən çıxarılacaqları il şantaj edib.
Həbib Kərimovun qanadının altında qoruduğu digər dırnaqarası mələyi də qanunsuz əməlləri ilə ondan heç də geridə qalmır. Bu şəxs analıq məzuniyyətində olan müəllimin dərsini başqa müəllimin adına yazsa da, ona işləməyə imkan vermir və ondan əvəz saaatının pulunu tələb edərək öz aralarında bölüşüblər.
H. Kərimovun dırnaqarası mələkləri düşmən kəsildikləri müəllimlərin evinə “qoçular” kimi yaxınlarını göndərib onları döydürməkdən belə çəkinməyiblər.

Sonuncu direktor əvəzi tərbiyə işləri üzrə direktor müavinin bütün qanunsuz yeyinti əməllərini rəsmi sənədlərə aşkar edib. Bundan sonra ona atılam şər-böhtan, edilən təhdid, hədə-qorxu ilə onun işdən getməsinə səbəb olublar. Tərbiyə işləri üzrə direktor müavinin işi yuxarı instansiyalarda hələ də araşdırılır.
Həbib Kərimovun dırnaqarası mələkləri hər gələn direktor əvəzini şər və böhtanla işdən uzaqlaşdırırdılar. Onlardan sonuncusu da Səbinə Əhmədovadır. Bu hal nə qədər vaxt davam edəcək? Yeni gələn direktor əvəzləri bu şəxslərin şər,böhtan və təhdidlərindən necə xilas ola bilərlər?
Qanunsuzluq baş alıb getdiyindən kollektiv üzvləri bir-biri ilə olan problemlərini yalnız polis və məhkəmə orqanları səviyyəsində həll etməyə çalışırlar. Bütün məsuliyyət və vicdan hislərini itirən hər iki direktor müavini İnternat tipli Gimnaziyanın üz qarasına çevriliblər. Utancverici hərəkətlərinə görə gimnaziya şəhərdə öz nüfuzunu itirib. Gimnaziya kriminal ocaq kimi tanınır. Bu səbəbdən yaxşı oxuyan şagirdlər də məktəbi tərk edir. Gimnaziyanın kollektivi üzdəniraq, təhsil və tərbiyəylə heç bir əlaqəsi olmayan şəxslərin rəhbərlikdən getməsini və gimnaziyanın təhsil qanunları ilə idarə olunmasını tələb edirlər.
Zorla gəl mənə “itaət et” rejimi isə qaldı eradan əvvəldə...
Ümid edirik ki, bu yazımızdan sonra aidiyyatı qurumlar gimnaziyada baş verən özbaşınalıqlar barədə lazımi tədbirlər görəcək.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər