Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

“Uşağa "artıq oyun qurtardı" deməyin” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ

Yeni tədris ilinin başlaması ilə bu il 124 min şagird birinci sinfə qədəm qoyub. Valideynlərin qarşısında duran əsas məsələlərdən biri isə övladlarının məktəbə uyğunlaşması, yeni mühitə alışması və məktəbə qarşı müsbət münasibət formalaşdırmasıdır.

Maraqlıdır, valideynlər nə etməlidirlər ki, birinci sinfə gedən övladlarında məktəbə qarşı sevgi və həvəs yaransın, onların adaptasiya prosesi daha rahat keçsin?

Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a danışan pedaqoq, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, “Valideyn Məktəbi”nin təsisçi-rəhbəri, Günəş Psixoloji Sağlamlıq Mərkəzinin icraçı direktoru Aysel Rəsulzadə bildirdi ki, yeni tədris ili, xüsusilə də məktəbə ilk qədəm qoyan uşaqlar üçün böyük həyəcanla yaşanan bir gündür:

"Təbii ki, burada valideynlərin diqqət etməli olduğu çox məqam var. İlk gündən valideyn uşağa “sən məktəbi sevməlisən” deməklə kifayətlənməməli, ümumiyyətlə, məktəblə bağlı həmişə müsbət və təhlükəsiz bir mühit yaratmağa çalışmalı, gözəl fikirlər söyləməlidir. İlk növbədə valideyn məktəbi uşağa məhrumiyyətlərlə dolu bir yer kimi təqdim etməməlidir. Bəzən valideynlər deyirlər ki, “artıq oyun oynamaq qurtardı, ancaq bütün günü dərs oxuyacaqsan, ciddi rejimə keçirik”. Belə olduqda uşaq bilmədən məktəbi öz təxəyyülündə məhdudiyyətlərlə dolu bir cəza müəssisəsi kimi görməyə başlayır".

Pedaqoqun sözlərinə görə, uşağa demək lazımdır ki, “sən artıq evdən daha rəngarəng bir mühitə gedəcəksən, orada yeni dostlar qazanacaqsan, səni valideynin qədər sevəcək ikinci bir şəxs – müəllimin olacaq, hər gün yeni məlumatlar əldə edəcək, maraqlı hadisələr yaşayacaqsan”:

"Bu formada danışdıqda uşaq artıq məktəb haqqında gözəl düşünməyə başlayır. Digər tərəfdən, valideyn ilk gündən uşağını dərslərinin nəticəsinə görə qiymətləndirməməli və məktəbi uşağın gözündən salmamalıdır. İlk gündən “neçə aldın?”, “dərsə cavab verdinmi?” kimi suallardan daha əvvəl “Bu gün sənə ən maraqlı gələn nə oldu?”, “Müəlliminlə tanış oldunmu?”, “Məktəbin hansı tərəflərini daha çox sevdin?” kimi suallar verməklə uşağın məktəbə və məktəb həyatına alışmasına kömək etməlidir".

Müsahibimiz qeyd etdi ki, valideyn uşağın müəllimi ilə münasibətinə mütləq hörmətlə yanaşmalıdır:

"Çünki uşaq müəllimini sevdikcə özünü məktəbin bir hissəsi kimi görəcək, məktəbi təhlükəsiz bir mühit kimi qəbul edib sevəcəkdir. İlk günlərdə uşaqların narahat olması, məktəbə getmək istəməməsi normaldır. Ayrılıq qorxusu, səhər tez qalxmağa uyğunlaşmamaq, yeni mühit və yeni insanlar – bunların hamısı zamanla aradan qalxa biləcək və uşağın uyğunlaşacağı məqamlardır. Ona görə də uşaq “mən məktəbə getmək istəmirəm” deyəndə dərhal onu danlamaq, üstünə getmək olmaz. Bunun səbəbini araşdırmaq və sakit şəkildə onunla danışmaq lazımdır. Ana və ata məktəbdən, müəllimdən, dərsdən daim narazılıq edərsə, uşaq da, əlbəttə ki, həmin münasibəti mənimsəyəcək. Əksinə olanda isə, məktəb uşağın yaddaşında daha gözəl bir mühit kimi formalaşacaq və o, sevə-sevə məktəbə gedəcək".

A.Rəsulzadə əlavə etdi ki, uşağa məktəbi sevdirmək üçün ilk növbədə ona məktəbdə özünü sevilən, qəbul olunan və təhlükəsiz hiss etdirmək lazımdır:

"Bu da valideynlərin əlindədir. Çünki məktəb uşağın həyatında oyunun bitdiyi bir yer deyil. Hər zaman deyirəm ki, məktəb artıq oyun və əyləncə ilə bərabər öyrənmənin də olduğu daha üst bir məkandır. Valideyn də məktəbi uşağına məhz bu formada təqdim etməlidir".

Oxşar xəbərlər

Bütün xəbərlər