Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

"Müəllim sinifdə bu problemlərlə tək qalır" - Əməkdar müəllimdən AÇIQLAMA

"Məktəbdə müəllimlərin metodiki dəstək ehtiyaclarından danışanda ilk növbədə bir reallığı qəbul etməliyik. Bu gün müəllimin mövcud qəbul olunmuş metdoikanı bilməsi kifayət etmir, çünki bu metdokanı real dərs prosesində tətbiq etmək imkanlarının məhduddur".

Tehsilmedia.com xəbər verir ki, bu sözləri Redaktor.az-a müəllimlərin metodiki dəstək ehtiyaclarından danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi.

O qeyd edib ki, bizdə çox vaxt müəllimə yeni metodlar, yeni terminlər, yeni yanaşmalar izah olunur:

"Amma müəllim sabah sinfə daxil olanda qarşısına çox konkret suallar çıxır. Məsələn, səviyyəsi fərqli olan 25-30 şagirdlə necə işləsin, dərsə marağı olmayan uşağı necə cəlb etsin, davranış problemi olan şagirdə necə yanaşsın, verdiyi tapşırığın həqiqətən nəticə verib-vermədiyini necə müəyyənləşdirsin? Məhz bu nöqtədə metodiki dəstəyin çatışmazlığı daha aydın görünür. Digər tərəfdən, müəllimə verilən dəstək çox zaman "birdəfəlik təlim məntiqində" qurulur. Təlim keçirilir, material təqdim olunur, müəyyən müddətdən sonra həmin mövzu gündəmdən çıxır. Halbuki peşəkar inkişaf birdəfəlik tədbir deyil. Müəllimin ehtiyacı dərsdən-dərsə dəyişir və ona uyğun dəstək də davamlı olmalıdır. Xüsusilə qiymətləndirmə məsələsində bunu görürük".

Təhsil eksperti nəzərə çatdırıb ki, müəllimdən şagirdin inkişafını izləmək, formativ qiymətləndirmə aparmaq və keyfiyyətli geri bildiriş vermək tələb olunur:

"Amma bunun üçün müəllimə yalnız ümumi nəzəri izah vermək kifayət etmir. O, konkret nümunələr görməli, öz hazırladığı tapşırığı müzakirə etməli, səhvini görməli və hansı yanaşmanın daha doğru olduğunu praktikada öyrənməlidir. İnklüziv təhsil sahəsində də vəziyyət oxşardır. Sinifdə xüsusi təhsil ehtiyacı olan şagirdin olması müəllimdən əlavə peşəkar bacarıqlar tələb edir. Müəllim bu uşaqlarla işləmək üçün kifayət qədər metodiki resursa və praktik dəstəyə malik deyilsə, bütün məsuliyyəti yalnız onun üzərinə qoymaq ədalətli deyil. Həmçinin, bu gün müəllimin qarşısında rəqəmsallaşma və süni intellekt məsələsi də dayanır.

Müəllim bilməlidir ki, yeni texnoloji alətlər harada onun işini yüngülləşdirir, harada isə əksinə, əlavə risk yaradır. Məncə, məktəbdə metodiki dəstək sisteminin ən zəif tərəflərindən biri də müəllimin öz təcrübəsinin sistemə çevrilməməsidir. Halbuki bir məktəbdə yaxşı dərs keçən, sinfi düzgün idarə edən, qiymətləndirməni effektiv quran müəllim varsa, onun təcrübəsi yalnız həmin müəllimin şəxsi uğuru kimi qalmamalıdır. Həmkar müşahidəsi, mentorluq və birgə dərs təhlili məhz buna görə vacibdir. Təlim, mentorluq, nümunə dərslər, resurs bankı, həmkar dəstəyi və davamlı geribildirim bir-birindən ayrı deyil, vahid sistem kimi işləməlidir. Çünki müəllimə real sinifdə qarşılaşdığı problemləri həll etmək üçün işlək alət, vaxt və peşəkar dəstək vermək lazımdır".

Oxşar xəbərlər

Bütün xəbərlər