Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – "Septembre Musical Montreux–Vevey" festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, "Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri" devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirib.

Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.

Montrönün məşhur "Auditorium Stravinski" səhnəsində keçirilən konsertdə ansamblın ifasında "Mənim Azərbaycanım" və "Vətən" süitaları, "Qavalla rəqs", "Qazaxı", "Toy", "Sarı gəlin", "Şalı", "Nağaraçılar", "Ağ çiçəyim", "Yaylıqlarla rəqs", "Qaytağı" və "Naz eləmə" rəqsləri nümayiş etdirilib.

Milli xoreoqrafiyaın zənginliyini, temperamentini, musiqi və rəqs ənənələrimizin müxtəlifliyini əks etdirən proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycan rəqslərinin Avropanın tanınmış musiqi platformalarından birinin əsas səhnəsində təqdimatı xüsusi rəmzi məna daşıyır. 1946-cı ildə əsası qoyulan "Septembre Musical Montreux–Vevey" İsveçrənin ən qədim klassik musiqi festivallarından biridir və bu il 80 illik yubileyini qeyd edir. Müxtəlif dövrlərdə dünya musiqisinin görkəmli simalarını bir araya gətirən festival bu gün klassik ənənəni yeni bədii yanaşmalar və eksperimental formatlarla birləşdirən beynəlxalq mədəniyyət platforması kimi fəaliyyətini davam etdirir.

Festivalın əsas məkanlarından olan, 1800 tamaşaçı tutumuna malik "Auditorium Stravinski" də musiqi tarixinin maraqlı məkanlarındandır. Məşhur bəstəkar İqor Stravinski hələ 1956-cı ildə Montrö festivalı çərçivəsində burada öz əsərlərindən ibarət proqramı idarə edib. Bu gün həmin səhnədə Azərbaycan milli rəqsinin təqdim olunması mədəni irsin müxtəlif dövrlər və coğrafiyalar arasında yaratdığı dialoqun daha bir ifadəsidir.

Azərbaycanın festivaldakı iştirakı yalnız ayrı-ayrı konsertlərdən ibarət deyil. "Azerbaijan: The Rhythms of Heritage" konsepsiyası muğamdan simfonik musiqiyə, milli rəqsdən caza, ənənəvi musiqi alətlərindən müasir ifaçılıq məktəbinədək Azərbaycan mədəniyyətinin müxtəlif qatlarını vahid bədii məkan daxilində təqdim edir.

Festivalın Azərbaycan proqramının əsas hadisəsi sentyabrın 14-də "Auditorium Stravinski"də keçiriləcək "Azerbaijan Culture" qala konserti olacaq. Təxminən 200 Azərbaycan sənətçisinin iştirak edəcəyi proqram klassik və simfonik musiqini, muğamı, cazı, milli musiqi alətlərini və rəqs sənətini bir araya gətirəcək.

Montrödakı Azərbaycan proqramı xarici auditoriyaya yalnız ayrı-ayrı sənət nümunələrini deyil, ənənəsini qoruyan, eyni zamanda müasir mədəni məzmunla beynəlxalq auditoriya ilə dialoq quran Azərbaycanın bütöv mədəni portretini təqdim edir. "İrsin ritmləri" əsrlərdən gələn mədəni yaddaşın bu gün daha da gücləndiyini, inkişaf etdiyini və yeni bədii formalar yaratdığını nümayiş etdirir.

Montrö Klassik Musiqi Festivalı kimi beynəlxalq nüfuza malik sənət platformasında mədəniyyətimizin peşəkar və sistemli təqdimatı "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının mədəni irsin və milli sənətin beynəlxalq miqyasda təşviqi istiqamətində müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan mədəniyyətini festivalda Alim Qasımov, Murad Hüseynov, Yusif Eyvazov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər tanınmış incəsənət nümayəndələri təmsil edirlər.

Oxşar xəbərlər

Bütün xəbərlər