Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

Təhsildə qanunsuzluq paradı: Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - ARAŞDIRMA

Təhsil sistemində şəffaflıqdan, MİQ imtahanlarının dürüstlüyündən və ədalətli kadr siyasətindən danışıldığı bir vaxtda, Elm və Təhsil Nazirliyinin audit yoxlaması zamanı aşkarlanan faktlar ciddi suallar doğurur.

Tehsilmedia.com olkemedia.az-a istinadən xəbər verir ki, söhbət, Məmmədov Mirsəyyaf Mirbaba oğlunun əvvəlcə direktor müavini, daha sonra isə məktəb direktoru vəzifəsinə təyin olunmasından gedir. Maraqlıdır ki, bu təyinatlarla bağlı qayda pozuntuları məhz nazirliyin audit yoxlamasının nəticəsində tərtib edilmiş rəsmi Aktda əksini tapıb.

Aktda göstərilir ki, M.Məmmədov 23 sentyabr 2022-ci ildə Zərdab rayonu Çallı kənd tam orta məktəbində müddətli müqavilə ilə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilib. Lakin cəmi bir neçə ay sonra, 1 fevral 2023-cü ildə onun Samux rayonu İstixana kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edildiyi qeyd olunur. Audit sənədində vurğulanır ki, həmin vaxt M.Məmmədovun tələb olunan 3 illik pedaqoji stajı olmayıb və daimi əsaslarla müəllimlik fəaliyyəti göstərməyib. Buna baxmayaraq, direktor müavini vəzifəsinə təyin olunub. Üstəlik, Aktda M.Məmmədova MİQ-dən kənar müəllimlik fəaliyyəti göstərməsinə şərait yaradıldığı da qeyd edilir. Bu isə minlərlə müəllim namizədinin MİQ imtahanı vasitəsilə işə qəbul olunmağa çalışdığı bir vaxtda xüsusi diqqət çəkən məsələdir.

Məsələnin daha ciddi tərəfi isə direktor təyinatıdır.

Audit Aktında bildirilir ki, direktorların işə qəbulu üzrə müsabiqələr zamanı həmin dövrdə qüvvədə olan Qaydaların 2.1-ci bəndinə və qanunvericiliyə əsasən namizədlərin ən azı 5 il pedaqoji staja malik olması tələbi pozulub. Buna baxmayaraq, M.Məmmədov 14 sentyabr 2023-cü il tarixli 3-29/3-1-1162K/2023 nömrəli əmrlə Goranboy rayonu Balakürd kənd Knyaz Alışanov adına tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin edilib.

Beləliklə, rəsmi audit sənədində əksini tapan məlumatlara əsasən, pedaqoji stajı ilə bağlı tələblərə cavab verməyən şəxsin əvvəlcə direktor müavini, daha sonra isə direktor vəzifəsinə gətirilməsi ilə bağlı ciddi prosedur pozuntuları müəyyən edilib.
Əmək kitabçası, əmrlər və müsahibə protokollarının audit sənədlərinə əlavə edildiyi bildirilir. Bu isə məsələnin konkret sənədlər əsasında araşdırıldığını göstərir.

O halda suallar kifayət qədər ciddidir:

M.Məmmədovun direktor müavini vəzifəsinə təyinatı zamanı staj tələbinə kim nəzarət edib?
MİQ-dən kənar müəllimlik fəaliyyətinə hansı əsasla şərait yaradılıb?
5 illik pedaqoji staj tələbinə cavab vermədiyi halda, direktor müsabiqəsinə necə buraxılıb və nəticədə necə direktor təyin olunub?

Burada söhbət yalnız bir şəxsin karyerasından getmir. Söhbət minlərlə müəllimin əməl etdiyi qaydaların niyə bəzi hallarda fərqli tətbiq edildiyi sualından gedir.
Əgər audit Aktında göstərilən pozuntular rəsmi şəkildə müəyyən edilibsə, aidiyyəti qurumlar həmin təyinatların hüquqi əsaslarını və prosesdə məsul şəxslərin fəaliyyətini də açıqlamalıdır. Çünki qaydalar hamı üçün eyni olmalıdır. MİQ-də və kadr seçimində ədalət tələb edən müəllimlərə veriləcək ən vacib cavab da məhz budur.
Audit yoxlamasında bu qədər ciddi qayda pozuntuları müəyyən edilibsə, daha bir mühüm sual ortaya çıxır: M.Məmmədov hazırda da məktəb direktoru vəzifəsində fəaliyyətini davam etdirirmi?
Əgər davam etdirirsə, bunun hüquqi əsası nədir?
Audit Aktında göstərilən pozuntulardan sonra onun barəsində hansı tədbirlər görülüb?
Təyinatın ləğvi və ya yenidən hüquqi qiymətləndirilməsi məsələsinə baxılıbmı?
Əgər heç bir tədbir görülməyibsə, bunun səbəbi nədir?

Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qanunun aliliyinin təmin edilməsinin, qanun qarşısında hər kəsin bərabər olmasının və dövlət idarəçiliyində intizamın vacibliyinin əsas prinsiplər olduğunu vurğulayıb. Həmçinin dəfələrlə qeyd edib ki, Hər kəs qanunla işini icra etməlidir. Əks halda, qanunu pozan şəxslər qanun qarşısında cavab verəcəklər. Heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq və cəzalar daha sərt olacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər