Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

İxtisaslara inanılmaz müraciət sayı, gözlənilməz rəqəmlər -"Peşə"də GƏRGİN RƏQABƏT

Ötən günlərdə peşə təhsilinə qəbulun nəticələri açıqlandı. Bu səbəbdən maraqlıdır ki, ötən illərlə müqayisədə peşə təhsilinə maraq necə formalaşıb? Hansı peşələrə daha çox müraciət olunur?

Tehsilmedia.com bildirir ki, Azedu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, illər əvvəl peşə təhsilinə olan maraq o qədər zəif idi ki, hətta ildə bir dəfə həyata keçirilən qeydiyyat prosesi belə planları tam doldura bilmirdi:

"Peşə təhsil seqmenti son illərdə özünün xüsusi inkişafı və cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə seçilir. Son illərdə təsadüfi deyil ki, peşə təhsil müəssisələrinə qəbul 3 mərhələdən aparılır. Hətta üçüncü mərhələdən sonra da belə qəbul olmaq istəyində olanların sayı heç də az olmur. Xatırlayıram, illər əvvəl peşə təhsilinə olan maraq o qədər zəif idi ki, hətta ildə bir dəfə həyata keçirilən qeydiyyat prosesi belə planları tam doldura bilmirdi. Peşə təhsil müəssisələrinin nümayənədləri məcburən məktəblərə gedir və orada şagirdləri bilgiləndirməkdən də çəkinmirdilər. İndi isə vəziyyət tam dəyişib.

Təsəvvür edin ki, 2025-ci ildə təkcə aşpazlıq ixtisası üzrə təhsil almaq üçün 7079 nəfər peşə təhsil müəssisələrinə müraciət edib. Mühasibat uçotu ixtisasına edilən müraciətin sayı 6 mini, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, eləcə də kompüter sistemlərində proqramlaşdırma ixtisaslarına il ərzində edilən müraciət sayı isə 5 mini ötüb. Bu rəqəmlər peşə təhsil müəssisələrinə marağın nə yerdə olduğunu bizə bariz şəkildə əks etdirir. Təsəvvür edin, kibertəhlükəsizlik ixtisasının bir plan yeri üzrə edilən müraciət sayı 45 nəfərdir. Yəni, bu ixtisas oxumaq üçün bir yer uğrunda 45 nəfər mübarizə aparır. Satış və marketinq ixtisası üzrə bu göstərici 25, bərbər-vizajist-manikürçü ixtisası üzrə isə 18-dir".

Hazırda peşə təhsilində minlərlə insan tərəfindən səbirsizliklə gözlənilən bir neçə yeniliyə ciddi ehtiyac var:

"Ötən il peşə təhsil müəssisələrinə edilən ümumi müraciət sayı 47 mindən yuxarı olub. Müqayisə üçün isə deyək ki, ali təhsil müəssisələrinə olan ötənilki müraciət sayı ilə müqayisədə bu rəqəm az qala 50%-lik həddə yaxınlaşır.

Peşə təhsilinə olan tələbatlılıq göstəricisi ildən ilə artır. Statistikadan da göründüyü kimi, bu tendensiya artan temp üzrə getməkdədir. Qızların peşə təhsilinə olan münasibətində də biz bunu görürük. Belə ki, ötən il ümumi müraciətçi sayının 40%-i məhz xanımlar olub. Xanımlar ümumilikdə 127 ixtisasa müraciət ediblər. Onların arasında ən çox tələb olunanı dayə, laborant-mikrobioloq ixtisasları olub.

Üstəlik, Zəngilan, Ağdam, Kəlbəcər, Füzuli, Qubadlı kimi DPTM-lərin yenidənqurulması bu seqmentin nə dərəcədə vaciblik göstəricisinə malik olduğuna işarədir.

Lakin hazırda peşə təhsilində minlərlə insan tərəfindən səbirsizliklə gözlənilən bir neçə yeniliyə ciddi ehtiyac var: bunlardan biri yüksək texniki peşə dərəcəsi üzrə ayrılan plan yerlərinin artımı məsələsidir. Peşə Təhsili üzrə Dövlət Agentliyi və onun tabe olduğu Elm və Təhsil Nazirliyi peşə təhsilinin inkişafı istiqamətində ildən-ilə vacib işlər görməkdədirlər. İnanırıq ki, qarşıdakı illərdə həm bu, həm də DUAL təhsillə bağlı olan kəmiyyət göstəricilərində artımın şahidi olacağıq".

Oxşar xəbərlər

Bütün xəbərlər