Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

ADNSU-nun layihəsi beynəlxalq müsabiqədə I yeri tutub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Pakistanın Lahor şəhərində yerləşən Superior Universitetində keçirilən “World Startup Championship 2026” (2026-cı il Dünya Startap Çempionatı) beynəlxalq startap müsabiqəsində uğurla təmsil olunub.

Universitetdən "Təhsil Media"ya bildirilib ki, dünyanın 24-dən çox ölkəsindən 60-dan çox startapın iştirak etdiyi müsabiqədə ADNSU-nu təmsil edən AIRT layihəsi dərin texnologiyalar və mühəndislik kateqoriyası üzrə I yerə layiq görülüb.

Müsabiqə çərçivəsində keçirilən sərgidə ADNSU 4 startap layihəsi ilə iştirak edib. AIRT və universitetin digər üç startapı beynəlxalq auditoriyaya təqdim olunub. Komanda üzvləri müxtəlif ölkələrdən olan startapçılar, investorlar, mentorlar və innovasiya ekosisteminin nümayəndələri ilə görüşlər keçirərək layihələrin inkişafı və mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Müsabiqədə ADNSU-nun digər startapları da uğurlu nəticələr əldə ediblər. Student Startup Community “Təhsil texnologiyaları və təhsil” kateqoriyası üzrə III, SmartFix “Elm, İT və texnologiyalar (İdeya)” kateqoriyası üzrə V, Jobsim AI isə həmin kateqoriya üzrə VI yerə layiq görülüb.

Tədbirdə ADNSU-nu Startap və Texnologiya Transferi şöbəsinin aparıcı mütəxəssisi Qədim Qədimov, baş mütəxəssis Aysel Sadıqova, eləcə də tələbələr Aysu İbrahimxəlilova, Kamran Fətəliyev, Kənan Paşazadə, Elvin Hacızadə və Nemət Zərbiyev universiteti təmsil ediblər.

Sərgini Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin nümayəndələri də ziyarət edib. Səfirliyin nümayəndələri ADNSU-nun startap layihələri ilə tanış olub, universitet nümayəndələri və tələbələrlə görüşüblər.

2026-cı il Dünya Startap Çempionatı çərçivəsində təşkil olunan intensiv təlim proqramı, mentor görüşləri və təqdimatlar ADNSU komandalarına beynəlxalq startap ekosistemi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı yaradıb.

Qeyd edək ki, AIRT layihəsinin I yerə layiq görülməsi və ADNSU-nun 4 startap layihəsi ilə beynəlxalq sərgidə iştirakı universitetin innovasiya və sahibkarlıq potensialının beynəlxalq platformada təqdim olunması baxımından mühüm nəticədir.

Oxşar xəbərlər

Bütün xəbərlər