Xəbər lentiwidget-title-icon

Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır
Universitetlərdə dərslər onlayn OLACAQ
Azərbaycana payız fəsli gəlib
Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər

Taksi sürücüsü olmaq istəyənlər üçün imtahana qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 1-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.

Bu barədə Tehsilmedia.com-a DİM-dən məlumat verilib.

Həmin şəxslər 24 avqust 12:00-dan 20 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcəkdir. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər