Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Məktəblərdə şagird davranışlarının tənzimlənməsi və təhlükəsiz təhsil mühitinin formalaşdırılması məqsədilə davranış qaydaları tətbiq olunur.

Bu qaydalarda müxtəlif səviyyələr üzrə pozuntular müəyyənləşdirilsə də, bəzi hərəkətlər ən ağır - 5-ci səviyyəli qayda pozuntusu hesab edilir.

Maraqlıdır, hansı davranışlar bu kateqoriyaya daxildir və onlar hansı nəticələrə səbəb ola bilər?

Tehsilmedia.com azedu.az-n"Şagird davranış qaydaları"na istinadən verdiyi məlumata əsasən, xəbər verir ki, bu kateqoriyaya daxil edilən davranışlar şagirdlərin, müəllimlərin və məktəb mühitinin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Qaydalara əsasən, Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmətsizlik etmək, qəsdən ciddi fiziki zərərə səbəb olan zorakılıq və cinsi zorakılıq halları 5-ci səviyyəli pozuntu sayılır.

Eyni zamanda, təhlükəsizlik qaydalarını ciddi xəsarət və ya ölümə səbəb ola biləcək şəkildə pozmaq, ekskursiyalar zamanı nəqliyyatın təhlükəsizliyini riskə atan davranışlar nümayiş etdirmək də ən ağır qayda pozuntuları sırasındadır.

Başqalarının əşyalarına və ya məktəb əmlakına qəsdən ziyan vurmaq, qanunsuz dərman vasitələrini və qadağan olunmuş əşyaları məktəbə gətirmək, istifadə etmək və ya satmaq da ciddi intizam pozuntusu hesab edilir.

Bundan başqa, məxfilik hüquqlarının ciddi şəkildə pozulması, məktəbin, eləcə də şagird və müəllimlərin nüfuzuna ağır zərbə vuran hərəkətlər, məktəbə silah və ya təhlükə yaradan digər qadağan olunmuş əşyaların gətirilməsi də 5-ci səviyyəyə aid edilir.

Qaydalarda akademik nəticələrin saxtalaşdırılması, bu məqsədlə məktəb əməkdaşlarına pul, hədiyyə, xidmət və ya digər maddi nemətlərin təklif olunması da ən ağır pozuntular sırasında göstərilib.

Həmçinin qeyri-etik və ağır təhqiramiz məzmunlu materialların kağız və ya elektron formada əldə edilməsi və yayılması da 5-ci səviyyəli davranış pozuntusu hesab olunur.

Bu qaydaları pozan şagirdlərlə bağlı hansı tədbirlər görülür?

Ümumi təhsil müəssisələrində şagird davranış qaydalarına əsasən, 5-ci səviyyə - çox ağır qayda pozuntularını törədən şagirdlərə aşağıdakı tədbirlər tətbiq oluna bilər:

- Şagird dəstək məqsədilə məktəb psixoloquna yönləndirilir;
- Bir neçə dəfə dərsdən sonra özünürefleksiya prosesinə cəlb olunur;
- Valideynə və ya qanuni nümayəndəyə rəsmi bildiriş məktubu göndərilir;
- Müəllim, valideyn, məktəb rəhbərliyi və direktorun iştirakı ilə görüş keçirilir;
- Zəruri hallarda sosial xidmət mərkəzlərinə müraciət edilir;
- Şagird haqqında Yetkinlik Yaşına Çatmayanlarla İş və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya (YYÇİ) və ya yerli polis idarəsinin aidiyyəti şöbəsinə məlumat verilir.

Qaydalara əsasən, prosesə hadisənin şahidi olan şəxs, dərsi aparan müəllim, məktəb rəhbərliyi, psixoloq, direktor, valideyn və zərurət yarandıqda sosial xidmət əməkdaşları da cəlb oluna bilər.

Bundan əlavə, məktəb direktorunun qərarı ilə yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən YYÇİ və hüquq müdafiəsi üzrə komissiya, eləcə də ərazi üzrə yetkinlik yaşına çatmayanlarla profilaktik iş aparan polis əməkdaşları prosesə qoşula bilər.

Baş vermiş hadisə sinif davranış jurnalında qeydə alınır, bildiriş məktubunun surəti saxlanılır, psixoloqun apardığı iş və keçirilən görüşlərin nəticələri müvafiq qaydada sənədləşdirilir.

Oxşar xəbərlər

Bütün xəbərlər