Xəbər lentiwidget-title-icon

Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır
Universitetlərdə dərslər onlayn OLACAQ
Azərbaycana payız fəsli gəlib
Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər

“Tərcümə ixtisası sıradan çıxacaq”- daha hansı ixtisaslar təhlükədədir?

Tərcümə ixtisası üzrə plan yerlərinin ötən illə müqayisədə bir sıra universitetlərdə artdığını görürük. Eyni zamanda, süni intellekt texnologiyaları tərcümə prosesini sürətləndirir və xüsusilə gündəlik və standart mətnlərin avtomatik tərcüməsini mümkün edir.

Maraqlıdır, süni intellektin tərcümə sahəsində geniş tətbiqi gələcək illərdə tərcüməçilərə əmək bazarında tələbatın azalmasına səbəb ola bilərmi?

Tehsilmedia.com bildirir ki, bu barədə azedu.az-a təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.

Tərcüməçilik ixtisası və peşəsi yox olmağa doğru gedən peşələr arasındadır:

"Tərcümə ixtisaslarına plan yerlərinin artırılmasına şəxsən ehtiyac olduğunu düşünmürəm. Azərbaycanda tərcüməçilər artdıqca onların iş imkanları artmayacaq. Artacağı da gözlənilmir. Dil bilmək, dili inkişaf etdirmək, onlara gələcəkdə hansısa xüsusi magistratura, doktorantura sahələrində yeni imkanlar yarada bilər. Amma tərcüməçilik ixtisası və peşəsi yox olmağa doğru gedən peşələr arasındadır.

Yəni insanlar artıq tərcüməçilərə çox da ehtiyac duymayacaq. Xüsusi alətlər inkişaf etdirilir, xüsusi cihazlar hazırlanır. Artıq eynəklər, qulaqlıqlar belə avtomatik tərcümə mövzusuna doğru gedir. Ona görə də mən düşünürəm ki, universitetlərin tərcümə ixtisasları üzrə yerlər açması, yeni tələbə qəbulu həyata keçirməyə çalışması gərəksizdir.

İxtisaslar ümumiyyətlə süni intellektlə, yeni texnologiyalarla yenilənir. Onların əvvəlki məzmunu, proqramı, sistemi dəyişir. Əgər biz bu məzmunu, proqramı, sistemi dəyişdirə bilməsək, onsuz da həmin ixtisasların məzunlarının hansı ixtisası bitirməsindən asılı olmayaraq işsiz qalmaq ehtimalı yüksəkdir".

Mühasibatlıq, iqtisadiyyat, maliyyə kimi ixtisaslar hazırkı məzmun və proqramla davam etsə, onların məzunları iş tapa bilməyəcəklər:

"İxtisaslar sıradan çıxmasa belə, transformasiya olunur. Bu aralar çox xəbər yayılır ki, Çində 12 min ixtisas bağlanıb. Xeyr, əslində söhbət bağlanmaqdan getmir, sadəcə köklü dəyişiklikdən gedir. Yəni proqramların adı dəyişir, proqramların məzmunu dəyişir. Beləcə, həmin ixtisas sahiblərinin tamamilə yox olacağını deyə bilmərik. Amma həmin ixtisas sahiblərinin yeni səriştələrlə meydana çıxacağını gözləmək mümkündür.

Azərbaycanda da tərcüməçilik ixtisasına yeni tələbə qəbulunun artmasını rasional bir addım kimi qiymətləndirmirəm. Bəs Azərbaycanda hansı peşələr gələcəkdə ləğv oluna bilər? Mühasibatlıq, iqtisadiyyat, maliyyə - bu kimi ixtisaslar hazırkı məzmun və proqramla davam etsə, onların məzunları iş tapa bilməyəcəklər. Onsuz da indi də çoxu iş tapa bilmir.

İnsanlar ya peşəsini dəyişdirməyə, ya da öz peşəsindəki yenilikləri öyrənməyə hazır olmalıdır, əks halda işsiz qalmaq riski ilə üzləşəcəklər:

"Bələdiyyə idarəetməsi, dövlət və bələdiyyə idarəetməsi, regionşünaslıq və s. kimi ixtisaslar yavaş-yavaş azalmağa doğru gedir. Bir çox ixtisas var ki, bunlar süni intellekt və xüsusi texnologiyalarla inkişaf edir. Bu ixtisaslar yeniləşməli, innovativləşməli, proqramları və digər məzmunları köklü dəyişikliyə məruz qalmalıdır. Əks halda, hazırkı vəziyyət də onu göstərir ki, bu ixtisasların məzunları iş tapmaqda çətinlik çəkirlər. Fiziki əmək tələb edən peşələr təhlükə altındadır. Xüsusilə, kitabxanaçılıq, tərcüməçilik, mühasibatlıq, dizaynerlik kimi işlərin çoxu süni intellektlə əvəzlənir.

Amma süni intellektin və texnologiyanın inkişafı insan amilinin sıradan çıxması ilə nəticələnmir. Sadəcə, insan amilini azaldır. Bunu qətiyyətlə demək istəyirəm ki, bu, Sənaye İnqilabında da baş vermişdi. Sənaye İnqilabında insanlar, işçilər, fabriklərdə, zavodlarda çalışanlar özlərinə yeni iş tapmalı olmuşdular. Çünki zavodlarda artıq maşınlar, dəzgahlar var idi. Həmin dəzgahlar 20 adamın gördüyü işi görürdü. Amma yenə də o dəzgahın başında bir, iki adam olurdu.

Yəni peşələr tamamilə sıradan çıxmır, sadəcə onlara olan ehtiyac azalır və həmin peşə sahiblərinə yeni səriştələr lazım olur. Ona görə də insanlar ya peşəsini dəyişdirməyə, ya da öz peşəsindəki yenilikləri öyrənməyə hazır olmalıdır. İkisini də edə bilməyən insanlar artıq işsiz qalmaq riski ilə üz-üzə gələcəklər".

Oxşar xəbərlər

Bütün xəbərlər