Xəbər lentiwidget-title-icon

Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır
Universitetlərdə dərslər onlayn OLACAQ
Azərbaycana payız fəsli gəlib
Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər

Özəl universitetlərdə təhsil haqqından kimlər azad olunur? - RƏSMİ

İxtisas seçimi yekunlaşmaq üzrədir. Seçim nəticələri açıqlanandan sonra ali təhsil müəssisələrinə qəbul prosesi başlayacaq.

Dövlət ali təhsil müəssisələrində müəyyən kateqoriyalara aid tələbələr təhsil haqqından azad olunurlar. Bu kateqoriyalara məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olan şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsi statusu olan şəxslər, şəhid və müharibə əlillərinin övladları, eləcə də müharibə veteranları daxildir.

Bəs özəl ali təhsil müəssisələrində bu məsələ necə tənzimlənir? Qeyd olunan kateqoriyalara aid şəxslər özəl universitetlərdə də təhsil haqqından azad olunurlarmı?

Tehsilmedia.com xəbər verir ki, azedu.az mövzu ilə bağlı özəl ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Azərbaycan Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, aşağıdakı kateqoriyalara aid şəxslər təhsil haqqından azad olunurlar:

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

I və II dərəcə əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir".

Xəzər Universitetindən verilən məlumata görə, tələbələrə həm dövlət tərəfindən nəzərdə tutulan, həm də universitetin özünün müəyyən etdiyi güzəştlər tətbiq olunur:

"Nazirlər Kabinetinin müəyyən etdiyi və bu günə kimi həyata keçirilən bütün azadolma və güzəştlər (məcburi köçkün statuslu şəxslər istisna olmaqla - bu, yalnız dövlət universitetlərində keçərlidir) Xəzər Universitetində də tətbiq olunur. Bununla yanaşı, universitetin özünün müəyyən etdiyi (topladığı ballara görə) güzəştlər də mövcuddur. Məhz buna görə Xəzər Universitetinə müraciət edənlərin sayı ilbəil artır. Ümid edirik ki, bu il də belə olacaq".

Azərbaycan Kooperasiya Universitetindən qeyd olunub ki, universitetdə dövlət güzəştləri ilə yanaşı, yüksək akademik nəticə göstərən tələbələr üçün də təhsil haqqına güzəştlər tətbiq olunur.

"Dövlətimizin müvafiq sahədə qəbul etdiyi bütün qərarlar universitetimizdə də tətbiq olunur. Sadalanan kateqoriyalar üzrə təhsil haqqından azadolmalarla yanaşı, təqaüd proqramlarımız və sosial yönümlü digər proqramlarımız da mövcuddur.

Bundan əlavə, universitetin Elmi Şurasının qərarı ilə artıq illərdir ki, semestr üzrə bütün fənlərdən “əla” qiymət alan tələbə növbəti tədris ilində təhsil haqqından azad olunur. Yəni bu güzəştlərlə yanaşı, universitetin özünün müəyyən etdiyi sosial yönümlü qərarlar da var".

Bakı Avrasiya Universitetindən (BAU) bildirilib ki, universitetdə təhsil haqqından azadolma və güzəştlər tətbiq edilir:

"Valideyn himayəsindən məhrum olan şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsi statusu olan şəxslər, şəhid və müharibə əlillərinin övladları, eləcə də müharibə veteranları üçün təhsil haqqından azadolma və ya güzəştlər tətbiq edilir".

Oxşar xəbərlər

Bütün xəbərlər