Xəbər lentiwidget-title-icon

Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır
Universitetlərdə dərslər onlayn OLACAQ
Azərbaycana payız fəsli gəlib
Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər

"Azərbaycanda süni intellekti öyrədəcək müəllim yoxdur" - Elmin Nuri

"Azərbaycan Süni İntellekt İnstitutu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində yaradılacaq. Hansı universitetin nəzdində yaradılmasından və hansı statusda olmasından asılı olmayaraq, Süni İntellekt İnstitutunun, bu adda elmi mərkəzin yaradılmasına çox böyük ehtiyac var idi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri səsləndirdi.

O qeyd etdi ki, dövr artıq süni intellekt üzərindən inteqrasiyanı diktə edir:

"Bütün sahələr, hətta minlərlə sahənin parçalanmış mikrosahələri belə artıq süni intellektlə qidalanır. Biz burada "qidalanır" sözünü heç də boş yerə işlətmirik. Bu gün süni intellektin ən sürətlə sirayət etdiyi sahələrdən biri, bəlkə də birincilərindən biri məhz təhsildir. Təbii ki, deyə bilərsiniz ki, süni intellekt IT, sənaye, tibb, mühəndislik kimi sahələrə daha yaxındır, nəinki təhsilə. Mən sizi əmin edirəm ki, artıq təhsilin üç əsas tərəfi sayılan valideyn, şagird və müəllimin hər biri üçün ayrıca xüsusi süni intellekt proqramları hazırlanır, süni intellekt təlimləri təşkil olunur".Ekspert tövsiyə edir ki, "Coursera", "Udemy" kimi beynəlxalq təhsil platformalarına baxsınlar:

"Orada təhsillə bağlı təqdim olunan layihələrin və dərslərin demək olar ki, 70 faizi sırf süni intellekt üzərində qurulub. Şəxsən mən özüm "Coursera"dan kurs götürmək istəyəndə, təhsillə bağlı kurslara baxanda gördüm ki, hər 10 kursun bəlkə də 7-8-i süni intellektə əsaslanır. Gah yazırlar ki, müəllimlər üçün süni intellekt, gah azyaşlılarla işləmək üçün süni intellekt dərsləri, valideynlər üçün süni intellekt və sair. Belə olan təqdirdə, Süni İntellekt İnstitutunun fəaliyyəti birmənalı şəkildə çox vacibdir. Hətta onun çox geniş spektrdə fəaliyyət göstərəcəyinə qəti şübhəmiz yoxdur".

Müsahibimizin sözlərinə görə, bizim institutla bağlı güclü kadrlara ehtiyacımız var.

"Baxın, ekspertlər deyirlər ki, universitetlərdə süni intellekt dərsləri keçirilməlidir. Bəziləri hətta daha da irəli gedərək deyirlər ki, orta məktəblərdə süni intellekt dərsləri keçirilməlidir. Çox yaxşı, amma kim keçməlidir o dərsləri? Sizin süni intellekt dərsi keçəcək müəlliminiz varmı? Açıq danışaq ki, informatika ayrı şeydir, riyaziyyat ayrı şeydir, süni intellekt isə tamam ayrı sahədir. STEM layihəsi var idi. Bu layihədə ixtisasından asılı olmayaraq hər müəllimə 6 aylıq kurs keçirdirdilər, həmin müəllim sonra gəlib guya STEM müəllimi olurdu. İndi də belə yanaşma olmamalıdır. Başqa fənn müəllimi süni intellektdən 2 ay kurs keçdikdən sonra 3-cü ay özü süni intellekt müəllimi ola bilməz. Ola bilər, amma faydası olmayacaq, açıq danışaq. Şəxsən mən ehtiyat edirəm ki, 2 ay süni intellekt kursu keçmiş bir şəxs 3-cü ay artıq özü müəllim kimi həmin kursu keçməyə başlasın. Bax, əsas problem burada olacaq. Buna görə də Süni İntellekt İnstitutuna ciddi ehtiyac var. Amma burada kadr və infrastruktur bazası güclü olduğu təqdirdə. Əgər bunlar varsa, çox yaxşı. Şəxsən mənə maraqlı olacaq ki, orada kimlər çalışacaq. Məsələnin bu tərəfi də var: bu prosesdə nə qədər şəffaflıq olacaq? Çünki bizdə bu baza bir qədər zəifdir. Ümumilikdə götürsək, 10-15 ciddi data analitik təlimçimiz yoxdur. Hamı deyir ki, gələcəyin ixtisası data analitikadır və onu öyrənmək lazımdır. Amma bizdə 10 nəfər ciddi data analitik təlimçi yoxdur. Onların qəbuluna düşmək mümkün olmur, inanırsınız? Böyük korporasiyalar, böyük şirkətlər öz əməkdaşları üçün data analitika təlimləri keçirmək istəyirlər. Elə təlimçilər var ki, onların növbəsinə 7 ay sonra düşürlər. Söhbət böyük təşkilatlardan gedir. Məhz bu kimi boşluqlar olduğu halda, bu institutun yaradılmasına ciddi ehtiyac var. Amma yenə də əsas məsələ odur ki, sadəcə boşluqları aradan qaldırmaqla kifayətlənməməliyik", - deyə Elmin Nuri yekunlaşdırdı.

Oxşar xəbərlər

Bütün xəbərlər