Xəbər lentiwidget-title-icon

Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir
Gələcəyin ailə modeli necə olmalıdır? – müzakirə aparıldı
Buraxılış imtahanlarında dəyişikliklər olacaq - DİM sədri detalları açıqladı
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
Azərbaycanda mühəndislik və texnologiya üzrə YENİ universitet yaradılacaq
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə TƏQAÜDƏ layiq görüləcək - Firudin Qurbanov
"Yaxşı müəllim də səhv edə bilər"- Məleykə Abbaszadə
175 nömrəli məktəbin X sinif şagirdi pəncərədən yıxılıb
Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq

Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti, TÜRKSOY, Yunis Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə 14-15 may tarixlərində əyani və onlayn formatda təşkil olunan beynəlxalq konfransda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçılar bir araya gəliblər.

Açılış mərasimində dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, universitet rəhbərliyi və professor-müəllim heyəti, eləcə də Azərbaycan və xarici ölkələrin tanınmış türkoloq alimləri iştirak ediblər.

Konfransın açılışında giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov bildirib ki, Birinci Bakı Türkoloji Qurultayı yalnız dilçilik tarixinin mühüm hadisəsi deyil, bütövlükdə türk dünyasının elmi və mədəni birliyinin formalaşmasında xüsusi rol oynamış tarixi platformadır. Qeyd edilib ki, türkoloji fikir bu gün yeni mərhələyə – “Rəqəmsal türkologiya” dövrünə qədəm qoyur və süni intellekt, rəqəmsal lüğətlər, milli korpuslar və ortaq terminoloji platformalar gələcəyin əsas inkişaf istiqamətlərini müəyyən edir. Cəfər Cəfərov vurğulayıb ki, bu gün Pedaqoji Universitet həmin tarixi missiyanı davam etdirərək “Rəqəmsal türkologiya” mərhələsində ortaq elmi terminologiyanın, süni intellekt əsaslı dil texnologiyalarının və türk dövlətləri arasında təhsil inteqrasiyasının inkişafına töhfə verməyə davam edir.

Çıxış edən Azərbaycan Milli Elmlər Akadimiyasının prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi fikir tarixində mühüm mərhələ təşkil etdiyini bildirib. Qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən bu mötəbər elmi toplantı ortaq dil, əlifba, milli-mədəni dəyərlərin qorunması və türkologiya elminin sistemli inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb. Akademik ana dilinin xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi irsini yaşadan əsas dəyərlərdən biri olduğunu vurğulayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, ölkə başçısının imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam qurultayın tarixi və elmi əhəmiyyətini daha da möhkəmləndirir, türkologiya elminin inkişafına, türk xalqlarının mədəni-mənəvi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində dəstək göstərir, eyni zamanda Qurultayın irsinin müasir elmi mühitdə aktual və əhəmiyyətli olmasını təmin edir. Qloballaşma, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı, eyni zamanda kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qaldığını bildirən nazir müavini bu istiqamətdə dilimizin təhlükəsizliyinin qorunması istiqamətində təşəbbüslərin zəruri olduğunu bildirib.

Firudin Qurbanov ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq geniş tədbirlər həyata keçirildiyini qeyd edib və Elm və Təhsil Nazirliyi tərəfindən də Tədbirlər Planı çərçivəsində Qurultayın 100 illik yubileyi münasibətilə simvolik olaraq 100 nəfər tələbənin təqaüdə layiq görülməsinin nəzərdə tutulduğunu bildirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Birinci Türkoloji Qurultayın türk xalqlarının milli özünüdərk prosesində və ortaq mədəni dəyərlərin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Əlavə edib ki, bu tarixi irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması həm elmi, həm də ictimai baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq konfransda iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşdığını vurğulayaraq qeyd edib ki, Birinci Türkoloji Qurultay türk dünyasının elmi və mədəni inteqrasiyası baxımından mühüm tarixi hadisələrdən biridir və bu irs bu gün də türk xalqları arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova universitetin türk dünyasının ali təhsil və elm müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, bu kimi beynəlxalq elmi platformaların akademik əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Birinci Türkoloji Qurultayın humanitar elmlərin inkişafında, dil və ədəbiyyat sahəsində aparılan tədqiqatların istiqamətləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, ana dilinin qorunması və elmi şəkildə təbliğinin ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə Azərbaycan dilçiliyinin inkişafında Birinci Türkoloji Qurultayın mühüm rolundan bəhs edib. O, ana dilinin elmi əsaslarla araşdırılmasının, dil irsinin qorunmasının və yeni nəsillərə çatdırılmasının aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

ADPU-nun Filologiya fakültəsinin dekanı Könül Həsənova Birinci Türkoloji Qurultayın elmi irsinin gənc nəslə çatdırılması, ana dilinə sevginin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs edib. Dekan Könül Həsənova bu istiqamətdə Pedaqoji Universitetin Filologiya fakültəsində aparılan ardıcıl və sistemli fəaliyyətlər haqqında məlumat verib.

Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi Elçin İgəndərzadə, Türkiyənin Qafqaz Universitetinin professoru Səlcuq Ural, Özbəkistan Asiya Beynəlxalq Universitetinin prorektoru Əzəmət Əkbərov, Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev çıxışlarında türk dillərinin öyrənilməsi, müqayisəli tədqiqi və ortaq elmi ənənələrin inkişaf etdirilməsinin müasir türkologiyanın əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, konfransın növbəti günündə qonaqların ADPU Şamaxı filialına səfəri nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər