Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
Dünyanın bütün ölkələrindən tələbələr müraciət edə bilərlər. Proqram əsasən iqtisadiyyat, beynəlxalq biznes və əlaqəli sahələrə maraq göstərən gənclər üçün nəzərdə tutulub.
Müraciət prosesi:
CV hazırlamaq
Rəsmi müraciət formasını doldurmaq
Motivasiya məktubu / esse təqdim etmək
120 saniyəlik motivasiya videosu hazırlamaq
Video təqdimatda cavablandırılmalı suallar:
Təhsil sistemləri gələcəyin liderlərini dinamik qlobal iqtisadiyyata hazırlayırmı?
Beynəlxalq iqtisadi münasibətlər sahəsində uğur qazanmaq üçün tələbələr hansı bacarıqları inkişaf etdirməlidirlər?
Təqaüd proqramına daxildir:
Ruminiyanın Buxarest şəhərində 2 həftəlik yay məktəbi
Universitet kampusunda yerləşmə
Gündə 3 dəfə yemək
Hava limanı transferi
Ekskursiyalar
Akademik kurs və seminarlar
Beynəlxalq professorlarla görüş
Xarici tələbələrlə networking imkanı
Qeyd olunur ki, proqram iştirakçıların Rumıniyaya gediş-gəliş nəqliyyat xərclərini qarşılamır.
Ödəniş və nəticələr:
Proqram tam təqaüdlü, qismən ödənişli və tam ödənişli formatda təşkil olunur. Tam təqaüdə müraciət edənlər motivasiya məktubu və video təqdim etməlidirlər. Seçilən namizədlər üçün əlavə 75 avro rüsum nəzərdə tutulur.
Proqram tarixləri:
9–23 avqust 2026.
Qiymətləndirmə meyarları:
Akademik motivasiya
Beynəlxalq biznes və iqtisadiyyata maraq
Video təqdimatın keyfiyyəti
Liderlik və kommunikasiya bacarıqları
Motivasiya məktubu və essenin məzmunu
Multikultural mühitdə iştirak potensialı
Qeydiyyat linki:
//docs.google.com/forms/d/e/1FAIpQLSehPMUri7Rhk7NpSqNrnfHsnkNMa8g4YozkGTb6FKY3z0dXcQ/viewform?pli=1&pli=1



























