“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
10 may 2026-cı il tarixində Bakı şəhərində yerləşən “Golden Street Hotel”də media nümayəndələri üçün “Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda hüquqi maarifləndirici təlim keçirilib.
Hüquqşünas Zaur Quliyevin iştirakı ilə baş tutan təlimdə jurnalistlərin peşə fəaliyyəti zamanı qarşılaşdıqları hüquqi məsələlər, media nümayəndələrinin hüquq və vəzifələri, informasiya əldə etmə hüququ, diffamasiya və təhqirlə bağlı hüquqi məsuliyyət, eləcə də media fəaliyyətində yaranan hüquqi risklər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, real nümunələr üzərindən hüquqi yanaşmalar izah olunub. Media nümayəndələri bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, hüquqi biliklərin artırılmasının jurnalist fəaliyyəti baxımından vacib olduğunu bildiriblər.
Tədbirin təşkilati və informasiya dəstəyi Edliyyeinfo.az tərəfindən həyata keçirilib. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və interaktiv müzakirələrlə yadda qalıb.



























